Panik atak nədir?

Panik atak nədir?
İnsanlar nə zaman panik atak keçirirlər? Panik atakla Panik pozuntu arasındakı fərq nədir?
Panik atak, hər hansı qorxu yaradan, təhlükə kimi görülən vəziyyət, hal olduğu zaman simpatik sinir sisteminin dövriyyəyə keçdiyi, ürək döyüntüsünün artması ilə başlayan, daha sonra nəfəs darlığı, isti basma, soyuq tərləmə, titrəmə, bədənin müxtəlif nahiyyələrində qızarma ilə müşahidə olunan bir problemdir. Sosial fobiyası olan insanlar sosial mühitdə, hər hansı digər fobiyası olan şəxs həmin fobiyanı yaradan obyektlə qarşılaşdıqda, obsessiv kompulsiv pozuntusu olan şəxs onu narahat edən düşüncələri oyadan şəraitdə panik atak keçirdir.
Panik pozuntu isə həmin şəxsi rahatsız edəcək hər hansısa bir hal və vəziyyət olmadığı halda panik atak yaşamasıdır. Bunun başlıca səbəblərindən biri şəxsin hər bir mühitdə hər hansısa bir səbəbdən ilk panik atak keçirməsi (məs:metro
da olarkən "birdən imtahana gecikirəm" düşüncəsinin səbəb olduğu atak) və daha sonra bu halı təkrar yaşaya biləcəyi gözləntisinin yaranması səbəbi ilə eyni mühitdə dəfələrlə atak yaşamasıdır (məs: "keçən dəfə metroda özümü çox pis hiss etdim. Boğulurdum. Görəsən yenə olacaq?" düşüncəsi ikinci üçüncü panik atağı keçirməsinə səbəb olur). Daha sonra həmin şəxs ona bu vəziyyəti yaşadan mühitdən uzaqlaşmağa (metrodan istifadə etməməyə) başlayır. Ancaq nə qədər uzaqlaşsada o şəxs liftdə, təyyarədə, meydanda, körpüdə və bu kimi yardım ala bilməyəcəyinə inandığı məkanda öz düşüncələri sayəsində panik atak keçirməyə davam edir. Ən ağır hal isə bu şəxsin evdən çıxmama gərarı ilə nəticələnir.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.