Uğura aparan yollar.

Uğura aparan yollar.
1. Unutmayın, heç bir çətinlik əbədi deyil. Problemi dərdə çevirib kədərlənməkdənsə, onun həlli yollarını tapın.
2. Mənfilərinizi qabardıb ruhdan düşməkdənsə, müsbət keyfiyətlərinizin fərqinə varın. Bu halda istəklərinizə daha rahat qovuşar və başqalarına da faydalı olarsınız.
3. Hədəfə doğru gedən yollar maneələri aşmaqla başlar. Yıxılmadan necə qalxmağı öyrənə bilməzsən. İnsan səhvlərindən nəticə çıxararaq mükəmməlləşir. Maneələri aşdıqca yollar aydınlaşar. Odur ki, ilk çətinlikdə həvəsdən düşüb geri addım atmayın. Yolun sonu irəlidədir və orada sizi uğur gözləyir.
4. Əgər reallaşdırmağa cəhd etməsəniz xəyallarınız xəyal olaraq qalacaq. Özünə inam güc deməkdir. Öncə özünüzə inanın və mən bunu hamıdan yaxşı bacararam, deyin. Əgər nəyinsə xəyalını qura biliriksə, deməli şüuralti bunu həyata keçirməyin yolarını da bilir. O yola üz tutun!
5. Atdığınız addımların hesabını yalnız özünüzə verə bilərsiniz. Bilin ki, yıxılarkən sizə uzanan dost əli də, hər səhvinizi üzünüzə vuracaq düşmən də yalnızca SİZ özünüz ola bilərsiniz.
Uğura gedən yolda SİZƏ UĞURLAR!
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.