Ruhda minimalizm: Sosial mühitdə sadələşmə.

Ruhda minimalizm: Sosial mühitdə sadələşmə.
Ruhda minimalizm: Sosial mühitdə sadələşmə
Sadə yaşama sənəti, minimalizm…
İnsan münasibətləri zaman-zaman yorucu ola bilər. Axıcı, dəyişməz, qaydasız… Kim sənə nə qədər yaxındır? Digərinə ürəyini nə qədər açmalısan? Bir başqası gəlir-gedir, həyatında hansı yeri tutmalıdır? Can dostun sənə ömürlük yük olacaq bir söz dedi. Məyuslanmaqla kifayətlənməli, yoxsa, uzaqlaşmalı? Bu kimi onlarla sual, dərd…
Bəzən özümü bacarıqsız hiss edirəm.
Kimi nə qədər yaxınıma buraxmalıyam-bilmirəm. Həyatımda ona nə qədər yer var-bilmirəm. Bunlar məni çox yorur, bəs səni?
Əhmədi çox sevirsən, dürüst adam hesab etdiyinə görə. Amma birdən elə düşüncəsizlik eləyər ki, özünü ağılsız hiss edərsən. Məmmədi canın bilərsən, amma sənin sirlərini başqası ilə bölüşməkdən çəkinməz. Ayşə keçmişindir, o keçmişdən bu günə nə qədərini gətirər bilə bilməzsən. Aynur durmadan özünü öyər, birə min qatar, ballandıra-ballandıra danışar hər şeyi. Aysel çox dəyişilib, həyatının harasına qoysan mənasızcasına saxta gülüşü ilə altdan-altdan söz atıb gülər... İnana bilməzsən, insanlıqdan soyudar səni. Əli sadəcə öz çıxarların fikirləşər, vəziyyəti necə dəyişər, anlamazsan, bir baxarsan ki, hər şey onun istədiyi kimi alınıb, sənə təəcüblənmək qalar.
Ən çəkilməzi Vəlidir, bir havalar, bir pozlar, bir ədalar…
Dediyin ya da deyə bilmədiyin bir sözə, aldığın və ya heç cür ala bimədiyin bir qərara görə özünü pis hiss etməyinə səbəb olur. Həyatda ən yaxşı bildiyi şey “qınamaqdır…” Oturduğu yerdən “qiyməti” vurub “etiketi” yapışdırar. Özünü əzilmiş meyvə və ya soyuducu xarab olan para limon kimi hiss edərsən sayəsində.
Ona sənin rəftarın ədəbiyyatda alçaqlıq kompleksi kimi vurğulanır, deyə bilmərsən. Üzünə yağlı bir şapalaq vurmaq keçər ürəyindən. Canını yandırmasının əvəzini çıxmaq istəyərsən, amma olmaz. Bu nəzakət qaydalarına uymaz, əsəbdən qovrular, amma əlindən bir şey gəlməz.
Gün olar qəlb qırarsan, an gələr daxili “mən” lə tək qalarsan, qəlbini hər kəsə bağlayarsan. Vəli gələr üzr istəyər, Aysel könlünü alar və həyat davam eləyər. Amma çınqıl daşları kimi toplanar, bir damla civə olar, yavaş-yavaş tərazlığın pozular.
Ruhunda anlamsız bir sıxıntı yaranar…
Hərdən kimsə gəlsin, daxili dünyanı “səliqəyə” salsın istəyərsən. Feng Shui uzmanları kimi: Gəlirlər evinə, “buranın enerjisi belə gözəldir, burada bunlar lazımsızdır ağırlıq eliyirlər” deyib, düzəldirlər hər yanı. Ruhundakı yükləri alsın, lazımsızları “paket eləsin”, yorucu insanları qapının çölünə qoysun,istərsən.
Təssəvür elə ki, soyuducuda ilişib qalan gərəksiz ərzaqları atdığın kimi ruhunda ağırlıqlardan da elə cə canını qurtararsan… Köhnə əşyalarını ayırıb ehtiyacı olanlara verdiyin kimi, vaxtı keçmiş hisslərini, insanları, xatirəlirini də uzaqlara göndərirsən. Etiraf edim ki, düşüncəsi belə insana rahatlıq verir.
Nə Ayselin hisslələri qaldı, nə Əhmədin patavatsızlığı… Əlinin çıxarları yuxu oldu… Bəs Vəlinin qınaqları? O kimdi unutdum belə!
Yeni doğulmuş körpə kimisən. Ruhun tərtəmiz, məsum…
Özünü quş lələyi kimi yüpyüngül hiss edirsən elə deyilmi? İç dünyanda kimsə qalmayıb, gərəksizlik yerin rahatlığa buraxıb.
Oldumu?
Çox da gözəl oldu vallah! O zaman sözüm Əhməddən Ayseldən çox sənədir! Burax getsinlər, məsafə saxla! Az görüş, az dərdləş, sərhədlərdən qırağa çıxma! Deyəcəyim odur ki, özünü yorma. Enerjini boş yerə tükətmə! Ətrafında enerjini yüksəldən, sənə inanan, sevgi verə bilən, gözəl insanlar olsun. Dünya tək məmmədlərdən, vəlilərdən ibarət deyil. Yüzlərlə gözəl ürək, qəlb sevindirən xoş söhbətlilər var. Şəvqətinə, səmimiyyətinə inandığın kəslərin yanında ol! Səndən aldıqları sənə verdiklərindən çox olanları həyatından gərəksiz əşya kimi çıxar!
Tək qalaram deyəmi qorxursan?
Qorxma, ya da qorx! Sonra doğru qərar ver!
Məsum bir sadəlikmi gəlsin, ruhuna? Yoxsa mənasız çoxluqdurmu, istədiyin?
Qərar sənindir!
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.