“Loqos” elmi-publisistik psixoloji jurnalı Şuraya üzv edilib

“Loqos” elmi-publisistik psixoloji jurnalı Şuraya üzv edilibAzərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib. Toplantını açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdəki məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

MŞ İdarə Heyətinin iclasında Şuraya yeni üvlərin qəbulu da həyata keçirilib.

Müzakirələrdən sonra “Loqos” elmi-publisistik psixoloji jurnalı Şuraya üzv qəbul edilib.

Məlumat üçün bildirək ki, hər üç aydan bir nəşr edilən “Loqos” elmi-publisistik psixoloji jurnalının əsas məqsədi psixoloji maarifləndirmə sahəsini işıqlandırmaqdır.

Jurnalın təsisçisi “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri Təranə Paşayeva, baş redaktoru Rəhilə Gülgündür.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.