Biz kimik?

Haqqımızda


2014-cü ildən etibarən fəaliyyətə başlayan “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi artıq 7 ildir ki, bütün yaş qrupları üzrə psixo-pedaqogika, loqopediya, psixologiya, duyu bütünləmə və müalicəvi idman sahəsində bütün növ korreksiyaları həyata keçirir. Peşəkar mütəxəssis heyəti ilə Gəncə, Bərdə, Lənkəran və Xaçmaz rayonlarında, eləcədə Azadlıq, Gənclik, Xalqlar dostluğu, Yeni Yasamal və Xırladan filiallarında fəaliyyət göstərir.



Məqsədimiz


Ölkə əhalisi arasında psixoloji sağlamlığın formalaşmasında və əhalinin maarifləndirilməsində rol almaqdır.



İnkişaf yolumuz


“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır.



Biz kimik?2015-ci ilin mart ayında paytaxtın Yasamal rayonu ərazisində uşaq və yeniyetmələrlə bərabər yetkin insanlara xidmət göstərən ikinci mərkəz işə başlayıb.

Biz kimik?2016-cı ilin aprelində Gəncə şəhəri və Gəncə yaxınlığındakı 7 rayonun əhalisinə kompleks psixoloji, psixopedaqoji, loqoped xidmət göstərən daha bir filial istifadəyə verilib.

Biz kimik?2016-cı ilin sentyabr ayında Bakının Nərimanov rayonu ərazisində daha geniş miqyasda xidmət göstərmək imkanlarına malik Gənclik filialı fəaliyyətə başlayıb.

Biz kimik?2016-cı ilin dekabrında Cənub bölgəsi əhalisinə peşəkar xidmət göstərən Lənkəran filialı açılıb.

Biz kimik?2017-ci ilin aprelində Xaçmaz rayonu və yaxın ətrafdakı 4 rayonun əhalisinə kompleks xidmət göstərən Xaçmaz filialı fəaliyyətə başlayıb.

Biz kimik?2018-ci ilin yanvar ayında Bərdə rayonunda yeni filial fəaliyyətə başlayıb.

Biz kimik?2018-ci ilin yanvar ayında Bakı şəhəri, Binəqədi rayonunda Mərkəzin baş ofisi və filialı işə başlayıb.

Biz kimik?2019-cu ilin may ayında Xırdalan filialı fəaliyyətə başlayıb.

“Loqos” PNİM-də və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyi (QHT)-də ali təhsilli, təcrübəli peşəkar psixoloqlar, psixopedaqoq, loqoped və psixoterapevtlər komandası çalışır.


Layihə və tədbirlərimiz


Geniş maştablı və kompleks xidmət yolunu seçən “Loqos”-un əsas prioritetlərindən biri dövlətin psixoloji maarifləndirmə proqramlarında yaxından iştirak etmək və bu istiqamətdə daha çox faydalı olmaqdır. Bu məqsədlə davamlı olaraq müxtəlif psixoloji mövzularda kurslar, seminarlar, konfranslar, layihələr həyata keçirilir. Maarifləndirmə proqramlarında cəmiyyətin özəyi olan ailə- qadın və uşaqlara daha çox yer ayırılır. Cəmiyyətə adaptasiyada, ünsiyyət qurmaqda çətinlik çəkən, özgüvən əksikliyi yaşayan qadınlar üçün davamlı olaraq hər il keçirilən “Müasir Azərbaycan qadını” layihəsi bu sıradandır. Bu layihədə iştirak etmək istəyən qadınların sayı ildən ilə çoxalır.

Nitq qüsurlu və digər problemli uşaqların (autizm, daun) cəmiyyətə adaptasiyası istiqamətində məqsədyönlü iş aparılır. Belə uşaqlar üçün xüsusi məşğələlər və məktəbə hazırlıq kursları təşkil edilir. Demək olar ki, əksər filiallarda daimi məktəbəqədər hazırlıq kursları var.

“Ailədən başlanan gələcək”, “Mənim ilk uğurum”, “Mənim ilk təcrübə məktəbim”, “Psixologiya Akademiyası: Uşaq”, “Salam Ana”, “Böyük addımlarla təhsilli gələcəyə” sosial layihələr hər il daha çox insanı özünə cəlb edir.

Nümunəvi xidməti və peşəkar fəaliyyəti ilə nüfuz qazanan “Loqos” respublikada bir növ təcrübə bazası rolunu oynayır. Ölkənin bir çox ali məktəbləri psixoloji təhsil alan tələbələrini təcrübə toplamaq üçün bu Mərkəzə göndərir.

“Loqos” öz mütəxəssislərinin peşəkarlıq səviyyələrini artırması məsələsini daim diqqətdə saxlamaqla bərabər, tələbələr, gənc psixoloqlar, məktəb psixoloqları üçün kurslar təşkil edir.

Maarifçilik ənənələrinə sadiq qalan “Loqos” xeyriyyəçilik missiyasını da unutmur. Mərkəzin bütün filiallarında davamlı olaraq maddi imkanı məhdud ailələrin uşaqları üçün ödənişsiz diaqnostikalar təşkil edilir, bölgələrdə yaş məhdudiyyəti qoyulmadan psixoloji dəstəyə ehtiyacı olanlar üçün ödənişsiz aksiyalar keçirilir. Şəmkir, Qazax, Tovuz, Akstafa, Şəki, Qəbələ, Xaçmaz, Lənkəran, Zərdab, Bərdə, Ağdam, Neftçala və digər rayonlarda təşkil olunan ödənişsiz konsultasiyalardan yüzlərlə insan faydalanıb. Məktəb psixoloqları, səhiyyə və təhsil işçiləri üçün aktual psixoloji mövzularda seminar və konfranslar keçirilib.


Təlim proqramları və kurslar


Mərkəzdə davamlı fəaliyyət göstərən kurs, proqram, məşğələ və təlimlərin sırası ildən ilə çoxalır. “Şəxsiyyət tipləri və insan tanıma bacarıqları”, “Uğurlu həyatın açarı” (təlim), “Qrup terapiyası” 9-14 yaş arası, “Layihələrin yazılması və idarə edilməsi” (təlim), “Kadr Hazırlığı”, “Loqopediya”, “Klinik psixologiya”, “Ümumi psixologiya”, “Mülicəvi idman və masaj”, İnklyuziv təhsil” kursların sırasındadır.


Tərəfdaşlarımız


“Loqos” un əsas uğurlarından biri də ölkənin təhsil və səhiyyə təşkilatları ilə əməkdaşlıq əlaqələrini düzgün quraraq genişləndirməsidir.

“Loqos” beynəlxalq əməkdaşlığa böyük önəm verir və bu istiqamətdə ardıcıl iş aparır. Mərkəzə psixologiya sahəsində zəngin tarixə malik olan Türkiyə Cümhuriyyətindən və Rusiya Federasiyasından dünyada tanınan peşəkar mütəxəssislər dəvət olunur və ən aktual psixoloji mövzularda verilən təlimlərdən təkcə “Loqos”un əməkdaşları deyil, respublikanın xəstəxanalarında çalışan həkimlər, universitet və orta məktəb müəllimləri, psixoloqlar faydalanırlar.

“Loqos” artıq beynəlxalq aləmdə tanınmağa başlayır. Qısa vaxt ərzində görülən işlər, əldə olunan nəticələr xarici mütəxəssisləri heyrətləndirir.

Mərkəz Dünya Pozitiv Psixoterapiya Assosiasiyası, Beynəlxalq Fundamental Təhsil Universiteti, V.M.Bexterev adına Sankt-Peterburq Milli–Tibbi Neyropsixoloji Psixiatriya Elmi-Tədqiqat Mərkəzi, Sankt-Peterburq Perinatal Psixologiya və Resurs Psixoterapiyası İnstitutu, Beynəlxalq Ailə Akademiyası, Moskva Təhsil İşçilərinin Təkmilləşdirilməsi və Yenidən Hazırlanması Akademiyası, Lomonosov adına MQU-nun “Nasionalnıy psixologiçeskiy jurnal” redaksiyası, Moskvada nəşr olunan “Şkolnıy psixoloq” qəzeti redaksiyası ilə əməkdaşlıq edir.


"Loqos" Elmi-publisistik psixoloji Jurnalı


“Loqos” PNİM-nin, PXTM İB-nin rəsmi mətbu orqanı “LOQOS” elmi-publisistik psixoloji jurnalı Ədliyyə Nazirliyindən rəsmi qeydiyyatdan keçmiş, 2018-ci ilin mart ayının 1-dən nəşrə başlamışdır.

2019-cu ilin martında psixoloji elmi-publisistik “LOQOS” jurnalı Azərbaycan Milli Mətbuat Şurası tərəfindən rəsmi qeydiyyata alınmışdır
64 səhifədən ibarət, rəngli jurnalın ildə 4 nömrəsi nəşr edilir.

"Loqosla Danışır Psixoloq" Verlişi


21 iyun 2018-ci ildən “Loqos” verilişi Xəzər TV–də yayımlanmağa başlayıb. 12.02.2019-cu ildən etbarən “Loqos-la Danışır Psixoloq” adı ilə veriliş canlı yayıma başlayıb. Mərkəzin peşəkar mütəxəssisləri verilişdə aktual problemləri, maarifləndiriçi mövzuları müzakirə edirlər və tamaşaçıların suallarını cavablandırırlar.

Media ilə əməkdaşlıq


“Loqos” Psixoloji Nitq və İnkişaf Mərkəzi 2014-cü ildən başlayaraq respublikada fəaliyyət göstərən ən nüfuzlu tele-radio şirkətləri ilə əməkdaşlıq edir, mərkəzin peşəkar mütəxəssisləri davamlı olaraq verilişlərdə ekspert kimi iştirak edir, canlı yayımlarda vətəndaşların sorğularını cavablandırırlar. Artıq beş ildir ki, “Loqos” PNİM ATV-də həftənin beş günü canlı yayımlanan “Bizimləsən” verilişinin, həmçinin 2021-ci ilin oktyabr, 2022-ci ilin mart ayları aralığında Xəzər TV-nin "CanGüdən" verlişinin sponspru olmuşdur. Günün mövzusuna uyğun olaraq hər verilişdə bir və ya iki mütəxəssis üç saat yarım davam edən efir məkanında iştirak edir, psixoloji məqamlara aydınlıq gətirir.

Azərbaycanda fəaliyyət göstərən ən nüfuzlu mətbuat orqanlarında: “Azərbaycan”, “Xalq qəzeti”, “525-ci qəzet”, “Ədalət”, “İki sahil”, “Psixoloq” qəzetlərində, “AZTV, İTV, LİDER TV, XƏZƏR TV, ATV kanallarında, “eurasiadiary.com”, “Salamnews agency”, “7news.az”, “icmal.az”, “belediyye.info”, “newscenter.az”, “qht.az”, “palitra.az”, “sia.az”, “xeberal.az”, “qhtxeber.az”, “artkaspi.az”, “shushapost.az”, “lobbi.az”, “525.az”, “yeniazerbaycan.com”, “abseronxeber.com”, “azpress.az”, “voicepress.az” və bir çox internet portallarında, saytlarda onlarla informasiya, məqalə və müsahibələr dərc olunmuş, süjetlər nümayiş edilmişdir.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.