11 sentyabr tarixində "İntihar: səbəblər və onunla mübarizə" adlı konfrans keçirilib.

admin 24-09-2019 05:34 1 549
11 sentyabr tarixində Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə "İntihar: səbəblər və onunla mübarizə" adlı konfrans keçirilib. Konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru, tanınmış psixoloqlar, ilahiyyatçılar, ziyalılar, tələbələr iştirak ediblər.

Konfransda çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov intihara səbəb kimi fərdin yaşadığı cəmiyyətdə dəyərlərin içərisindən uzaqlaşmasını göstərib. Bildirib ki, əgər insan bu dəyərlərdən uzaqlaşırsa, intihar üçün yol açılır. Müqəddəs İslam dinində həmçinin digər səmavi dinlərdə də intiharın qəti şəkildə qəbul edilmədiyini bildirib.

Daha sonra çıxış edən "Loqos” Psixoloji və Nitq inkişaf Mərkəzinin psixoloqu Rafiq Allahverdiyev intiharların baş vermə səbələri haqda məlumat verib. Qeyd olunub ki, "Bu gün intihar cəmiyyətin əsas probleminə çevrilib. İntihar vəziyyətdən çıxış yolu tapa bilməyən zaman baş verir. İntiharın mərkəzində əsasən fərdin psixoloji problemləri durur”.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.