“Yaşat” və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında rəsmi əməkdaşlıqla bağlı müqavilə imzalanıb.

“Yaşat”- Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında rəsmi əməkdaşlıqla bağlı müqavilə imzalanıb.

Əməkdaşlığa əsasən “Yaşat” fondunun psixoloji tərəfdaşı olan “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzində fond tərəfindən yönləndirilən şəhid və qazi ailələrin üzvləri üçün psixoloji, loqopedik və pedaqoji dəstək göstəriləcək.

Ətraflı məlumat və müraciət üçün 050 325 46 48 və ya “Yaşat” fondunun çağrı mərkəzi (8110) ilə əlaqə saxlaya bilərsiniz.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.