“Loqos”-un peşəkar komandasına üzv olmaq istəyən namizədlərin nəzərinə!

Mərkəzinə CV ilə müraciət edənlər yalnız həftənin 5-ci günləri saat 15.00-17.00-dək yaxınlaşa bilərlər.

Mərkəzin yeni yaradılan CV Komissiyasının qəbul qrafiki aşağıdakı kimidir:

1. Müraciət edən şəxsələrə İnsan Resurslarının İdarə edilməsi şöbəsi tərəfindən vakansiyaya uyğun CV forması verilir;
2. CV formasını dolduran şəxs CV komissiyasına yaxınlaşır;
3. CV komissiyası namizəd ilə dəyərləndirmə aparır;
4. Dəyərləndirmə üzrə ballar toplandıqdan 3 gün sonra namizədin telefon nömrəsinə nəticə ilə bağlı komissiya tərəfindən məlumat verilir;
5. Dəyərləndirmədən yüksək nəticə əldə edən şəxslər Mərkəzin rəhbəri ilə görüşə dəvət edilir;

Bizi seçdiyiniz üçün təşəkkür edir və hər zaman Sizin Loqos olaraq Sizlər üçün çalışmaqdan məmnunluq hissi duyuruq!
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.