“Qalib Ölkənin Gəncləri” adlı onlayn tədbir keçirildi.

Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə 2 Fevral - “Azərbaycan Gəncləri Günü” münasibətilə “Qalib Ölkənin Gəncləri” adlı onlayn tədbir keçirildi.

Tədbirdən öncə toplantı iştirakçılarının bir qrupu Vətən müharibəsi şəhidlərinin II Fəxri Xiyabandakı məzarlarını ziyarət edərək, xatirələrini dərin ehtiramla yad etdilər.

Görüşdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon Gənclər Evinin direktoru Ələkbər Mustafayev, "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri Təranə Paşayeva, II Qarabağ Müharibəsi Qazisi Ruslan Şıxıyev, Xaricdə təhsil alan və rayonun ictimai-siyasi tədbirlərinin fəal gəncləri iştirak etdilər.

Sonda rayonun gənclər siyasəti, ictimai, sosial və mədəni həyatında xüsusi fərqlənən bir sıra istedadlı gənclər mükafatlandırıldı.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.