
Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla aparılan psixopedaqoji iş haqqında dolğun nəzəri və praktik biliklər əldə etmək və bu sahədə karyera qurmaq istəyirsinizsə “Psixopedaqoji Təcrübə Proqramı” sizin üçün əla fürsətdir.
Təcrübə proqramı çərçivəsində iştirakçılar autizm spekt pozuntusu, zehni inkişaf yetərsizliyi, daun sindromu, motor və nitq inkişafı pozuntusu olan uşaqların inkişafına yönəlmiş korreksiyaedici təlimlərdə iştirak edəcək.
Təlimlər nəzəri və praktik hissədən ibarətdir.
1-ci hissə – 16 saat nəzəri dərs, 1 dərs müddəti 2 saat
2 -ci hissə – 40 saat təcrübə
“Psixopedaqoji Təcrübə Proqramı” “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixopedaqoqu Aygün Namazovanın rəhbərliyi ilə həyata keçirilir.
Qeydiyyat üçün zəng edin: +994 55 976 46 48