"Xeyriyyə hərəkatına sən də qoşul!" layihəsi.

"Xeyriyyə hərəkatına sən də qoşul!" layihəsi.“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi “Xeyriyyə hərəkatına Sən də qoşul!” layihəsinə start verib.
Layihə çərçivəsində bir sıra sosial aksiyalar, xeyriyyə tədbirləri həyata keçiriləcəkdir. Pilot layihə ilkin nəticədə bir il davam edəcəkdir.
Doğrudan da, “Kim ki, daha çox adamın səadətinə səbəb olur, həyat onu ən xoşbəxt insan kimi yüksəldir”. Unutmayaq, Xeyirahlıq bizim balaca dünyamızın günəşidir. İnanırıq ki, Mərkəzin gəncləri tərəfindən başlanan bu layihə bir çox könülləri şad edəcək və qəlbləri sevindirəcəkdir.
“Xeyriyyə hərəkatına Sən də qoşul!” layihəsinə qatılın bizimlə birgə insanları sevindirək!
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.