Media nümayyəndələri ilə görüş

Xəbərlər və Təlimlər

Media nümayyəndələri ilə görüş

14.03.2018

76

Gördüyümüz işlərin hamısının cəmiyyətə çatdırılmasında medianın rolu olduqca vacib və əhəmiyyətlidir.

  “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi, “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyi olaraq hər zaman gördüyümüz bütün işlərin işıqlandırılmasında bizə dəstək olan media dostlarımıza təşəkkür edirik. Məhz bu səbəbdən 13 mart tarixində Yel Çərşənbəsi Günündə media dostlarımızı təbrik etməyi özümüzə borc bildik.    

   Görüşdə iştirak edən PXTİB-nin icraçı direktoru Leyla Kərimova və PXTİB-nin Sənədlər şöbəsinin rəhbəri Ləman Ağalarova media nümayəndələrinə PNİM və  “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyi rəhbəri Təranə Məmmədovanın Novruz təbrikini çatdıraraq, gələcək layihələri müzakirə edib və onlara "LOQOS" elmi-publisistik psixoloji jurnalın ilk sayını təqdim ediblər.

  Vətəndaş cəmiyyəti quruculuğunda həm QHT-lərin, həm də medianın rolunun danılmaz olduğunu vurğulayan  PXTİB-nin icraçı direktoru Leyla Kərimova Azərbaycanda QHT-media əməkdaşlığı  yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

Media nümayyəndələri ilə görüş