“Müasir Azərbaycan qadını2” layihəsinə yenidən start verilir

Xəbərlər və Təlimlər

“Müasir Azərbaycan qadını2” layihəsinə yenidən start verilir

04.01.2017

1129

 

“Loqos”Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədovanın ideya rəhbərliyi ilə həyata keçiriləcək layihənin əsas məqsədi həyatın bütün sahələrində özünü təsdiqə, uğura can atan , həmçinin psixoloji gərginliklər fonunda problemlərlə üzləşən qadınlara dəstək olmaq, geniş diapozonda psixoloji maarifləndirmə aparmaqdır.

Dəyərli xanımlar! Bu layihə sizin üçündür!

 “Müasir Azərbaycan qadını2” layihəsi çərçivəsində siz zəkası, qabiliyyət və bacarıqları sayəsində cəmiyyətdə sayılıb- seçilən qadın ekspert və psixoloqlarla tanış olacaq, onlardan istər ailə, istərsə də iş həyatında uğur qazanmağın sadə yolunu öyrənəcəksiniz.

Təmənnasız, sadəcə maarifləndirmə xarakteri daşıyan layihə bir ay davam edəcək.

Statusundan asılı olmayaraq yetkinlik yaşına çatan xanımlar 25.1.2017 tarixədək elektron müraciət formasını doldurmaqla layihədə iştirak etmək hüququ qazana bilərlər.

Ünvan:Nərimanov r-nu, Fətəli Xan Xoyski küç.111C 

(012) 564 10 60
(070) 270 46 48 

https://docs.google.com/forms/d/1kWyJQg37E3dIUNcgBxyuYr2aB95h6KGTuAbkKPIEquI/edit