Ümumi Psixoterapiya kursuna start veririk!!!

Xəbərlər və Təlimlər

Ümumi Psixoterapiya kursuna start veririk!!!

04.02.2019

96

Tezliklə Ümumi Psixoterapiya Kurslarının təlimlərinə start verəciyik. 
Qeyd edək ki, təlimləri “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin həkim-psixoloqu, psixoterapevti, eqsiztensial-psixoanalitiki, loqoterapevti, “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyində Təkmilləşdirmə şöbəsinin rəhbəri Elmir Əkbər keçəcək.
E.Əkbər Azərbaycanda beynəlxalq standartlara uyğun təhsil almış ilk həkim-psixoterapevtdir.
Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsinin, V.M. Bexterev adına Psixonevroloji Elmi-Tədqiqat İnstitutunun, Moskva Psixoanaliz İnstitutunun və Avstriyanın Vyana Psixoterapiya İnstitutunun məzunudur.
Bexterev adına Sankt-Peterburq Psixonevroloji Elmi-Tədqiqat İnstitutunun Azərbaycanda nümayəndəsi və koordinatorudur. Azərbaycan Dövlət Tibb Universitetin müəllimidir.

 
Ətraflı məlumat üçün +994559764846 ilə əlaqə saxlaya bilərsiniz.