Xudat şəhəri 2 saylı orta məktəbdə valideyn komitəsi ilə görüş keçirib.

Xəbərlər və Təlimlər

Xudat şəhəri 2 saylı orta məktəbdə valideyn komitəsi ilə görüş keçirib.

01.11.2018

23

“Loqos” PNİM-nin məktəblər üçün nəzərdə tutulmuş maarifləndirici görüşləri davam edir. Xudat şəhəri 2 saylı orta məktəbdə “Loqos”un Xaçmaz filialının loqoped və psixoloqları valideyn komitəsi ilə görüş keçirib. Görüş zamanı valideynlərə uşaqların yeniyetməlik dövrünün xüsusiyyətləri, nitq qüsurları və maariflənmə zamanı onların psixoloji xüsusiyyətləri haqqında məlumat verilib və mövzudan qaynaqlanan suallar cavablandırılıb.Tədbirdə baş uşaq psixoloqu Ayşə Məmmədova,uşaq psixoloqu Mehriban Mütəllimova və loqoped Etibar Nəsibov iştirak edib.

Xudat şəhəri 2 saylı orta məktəbdə valideyn komitəsi ilə görüş keçirib.  B средней школе N2 города Худат провели встречу с родительским комитетом.