Sahibkar qadınlar Həştərxan şəhərində keçirilən Forumda iştirk etdilər.

Xəbərlər və Təlimlər

Sahibkar qadınlar Həştərxan şəhərində keçirilən Forumda iştirk etdilər.

25.10.2018

72

   Oktyabrın 22-24-də Həştərxan şəhərində keçirilən Forumda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə böyük nümayəndə heyəti iştirak edib.
Əvvəlcə Forum iştirakçıları ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Azərbaycan nümayəndə heyətinin üzvləri parkda ağac əkiblər. Sonra Azərbaycan nümayəndə heyətinin üzvlərini Həştərxan vilayəti qubernatorunun vəzifəsini icra edən Sergey Morozov qəbul edib.
     Görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında iqtisadi-siyasi, humanitar sahələrdə sıx əlaqələrin mövcud olduğu vurğulanıb. Həştərxan şəhərində "Azərbaycan-Rusiya Dostluq Körpüsü” açılıb, Knyaz Vladimirin abidəsi ucaldılıb, "Meçta” uşaq əyləncə şəhərciyi şəhər sakinlərinin istifadəsinə verilib. 
    Həştərxan vilayət Dumasının deputatı İrina Brıntseva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın dəvəti ilə Azərbaycana səfərini xatırlayaraq bildirib ki, həm Rusiyada, həm də Azərbaycanda qadınların ictimai-siyasi həyatda yaxından iştirakına, qadın sahibkarlığının stimullaşdırılmasına xüsusi önəm verilir. Sahibkar Qadınlar Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, AQSİA – nın icraçı direktoru, "Loqos” PNİM-nin rəhbəri Təranə Məmmədova, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova, Həştərxan hökumətinin beynəlxalq və xarici-iqtisadi əlaqələr naziri Denis Afanasyevin və AQSİA-nın fəal üzv qadınlarının iştirak etdikləri görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.
   Azərbaycan və Həştərxan vilayətindən 350-yə yaxın qadın sahibkarın iştirak etdiyi Forum çərçivəsində işgüzar görüşlər, ustad dərsləri, biznes layihələrin təqdimatı və digər tədbirlər keçiriləcək.

Sahibkar qadınlar Həştərxan şəhərində keçirilən Forumda iştirk etdilər.  Женщины-предприниматели приняли участие в форуме, который прошел в городе Астрахань.Sahibkar qadınlar Həştərxan şəhərində keçirilən Forumda iştirk etdilər.  Женщины-предприниматели приняли участие в форуме, который прошел в городе Астрахань.Sahibkar qadınlar Həştərxan şəhərində keçirilən Forumda iştirk etdilər.  Женщины-предприниматели приняли участие в форуме, который прошел в городе Астрахань.Sahibkar qadınlar Həştərxan şəhərində keçirilən Forumda iştirk etdilər.  Женщины-предприниматели приняли участие в форуме, который прошел в городе Астрахань.Sahibkar qadınlar Həştərxan şəhərində keçirilən Forumda iştirk etdilər.  Женщины-предприниматели приняли участие в форуме, который прошел в городе Астрахань.Sahibkar qadınlar Həştərxan şəhərində keçirilən Forumda iştirk etdilər.  Женщины-предприниматели приняли участие в форуме, который прошел в городе Астрахань.Sahibkar qadınlar Həştərxan şəhərində keçirilən Forumda iştirk etdilər.  Женщины-предприниматели приняли участие в форуме, который прошел в городе Астрахань.