“Loqos”- da “Gizli istiqlalçılar” sənədli filmi nümayiş olunub.

Xəbərlər və Təlimlər

“Loqos”- da “Gizli istiqlalçılar” sənədli filmi nümayiş olunub.

24.10.2018

46

  Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzində “İstiqlaliyyətə aparan yol” mövzusunda tədbir keçirilib.
  Mərkəzin kollektivi və gənc psixoloqların iştirak etdiyi tədbirdə Fondun İnformasiya təminatı sektorunun məsləhətçisi Abbas Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tarixində rolundan bəhs edən mühazirə deyib.
  Bildirilib ki, cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti milli özünüdərkin əsasını qoyub. Xalqın inkişafının təməl prinsipləri məhz ilk müstəqillik zamanında müəyyənləşib, 70 ildən sonra müstəqilliyin bərpası nəticəsində Ulu öndər Heydər Əliyevin böyük əməyi sayəsində konseptual şəkil alıb. Bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın nüfuzlu dövlətləri sırasında irəliyə doğru inamla addımlayır.
  Tədbirdə ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan “Gizli istiqlalçılar” sənədli filmi nümayiş olunub.

“Loqos”- da “Gizli istiqlalçılar” sənədli filmi nümayiş olunub.	    В центре «Логос» был представлен документальный фильм «Тайные освободители»“Loqos”- da “Gizli istiqlalçılar” sənədli filmi nümayiş olunub.	    В центре «Логос» был представлен документальный фильм «Тайные освободители»“Loqos”- da “Gizli istiqlalçılar” sənədli filmi nümayiş olunub.	    В центре «Логос» был представлен документальный фильм «Тайные освободители»“Loqos”- da “Gizli istiqlalçılar” sənədli filmi nümayiş olunub.	    В центре «Логос» был представлен документальный фильм «Тайные освободители»