Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Xəbərlər və Təlimlər

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

24.10.2018

35

 Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycanda Qadın  Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Fondun icraçı direktoru Oktay Səmədov niyyət protokolunun imzalanması və əməkdaşlığa başlanılması təşəbbüsünün iki qurum arasında maarifləndirici tədbirlərin birgə təşkili məsələlərinin müzakirəsi və mütəmadi fikir mübadiləsinin nəticəsi olaraq irəli sürüldüyünü xatırladıb.
Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, icraçı direktor belə bir protokolun imzalanmasına ehtiyac olduğunu deyib. O, sənədin ölkə əhalisinin maarifləndirilməsi sahəsində qarşılıqlı əməkdaşlığın dəstəklənməsi və inkişaf etdirilməsi məqsədi daşıdığını vurğulayıb.
  Qeyd edilib ki, sahibkarlıq fəaliyyətinin təbliği və təşviqi ilə bağlı birgə layihələrin işlənib hazırlanması, xanımların lektor qismində mühazirələrə cəlb olunması, elmi-praktik konfransların, maarifləndirici görüşlərin, intellektual müsabiqələrin, bilik yarışmalarının və təlimlərin təşkili, materialların nəşri, qısametrajlı sənədli filmlərin, videoçarxların çəkilməsi, Assosiasiyanın təqdim etdiyi məlumatlar əsasında vakant iş yerlərinə dair məlumat bankının yaradılması, xarici ölkə mütəxəssislərinin təcrübə mübadiləsi məqsədilə maarifləndirici layihələrə qoşulması protokolun əsas mahiyyətini təşkil edir.

Niyyət protokoluna uyğun olaraq birgə fəaliyyət proqramının hazırlanması qərara alınıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycanda  Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.  Между Фондом Знаний при Президенте Азербайджанской Республики и Ассоциацией Развития Женского Предпринимательства в Азербайджане был подписан протокол о намерениях с целью взаимного сотрудничества.Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycanda  Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.  Между Фондом Знаний при Президенте Азербайджанской Республики и Ассоциацией Развития Женского Предпринимательства в Азербайджане был подписан протокол о намерениях с целью взаимного сотрудничества.Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycanda  Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.  Между Фондом Знаний при Президенте Азербайджанской Республики и Ассоциацией Развития Женского Предпринимательства в Азербайджане был подписан протокол о намерениях с целью взаимного сотрудничества.