“Müalicəvi masaj və LFK” masaj kursu yekunlaşmışdır.

Xəbərlər və Təlimlər

“Müalicəvi masaj və LFK” masaj kursu yekunlaşmışdır.

19.10.2018

34

   “Müalicəvi masaj və LFK” masaj kursu yekunlaşmışdır. “Loqos” PNİM Gənclik filialının masaj mütəxəssisi Könül Qələndorova kurs üçün nəzərdə tutulmuş proqramı tədris etmiş və kursa qatılanlara sertifikat təqdim olunmuşdur. 
 Ümumi masaj orqanizmdə oksidləşmə prosesini gücləndirir, daxili üzvlərin funksional qabilliyyətini artırır. Masaj əzələlərdə süd turşusu və başqa üzvi turşuların miqdarını azaldır, onların kənar edilməsini gücləndirir. Masaj hemoqlabin və erotrositlərin miqdarını artırır, piy və tər vəzilərinin ifrazat funksiyalarını gücləndirir.Masajın təsirindən solğun, süst, elastikliyini itirmiş quru dəri tədircən elastiki olur, mexaniki və temperatur təsirinə qarşı müqaviməti yüksəlir.
Masaj əzələnin tonusunu, elastikliyini və yığılma qabiliyyətini yaxşılaşdırır, qüvvəsini artırır. Məsələn, 5 dəqiqəlik masajdan sonra yorulmuş əzələlərin iş qabilliyyəti 3 -7 dəfə artır. Zədə və xəstəlik nəticəsində oynaq və vətərlərin müalicəsində masajın tətbiqi çox yaxşı nəticə verir. Masajın təsirindən oynaqlarda limfa və qan dövranı yaxşılaşır. Masaj tətbiq edilən otaq işıqlı və temperatur 20-24 dərəcə olmalıdır.Masaj edilən zaman əzələlərin gərgin vəziyyətdə olmaması üçün masaj edilənin aşağı və yuxarı ətraflarına orta fizioloji vəziyyət verilir.
Yuxarı ətrafları, boynu və başı masaj etdikdə masaj edilən oturmalıdır. Köksü, çiyin qurşağını, qarın əzələlərini və aşağı ətrafları masaj etdikdə isə masaj edilən uzanmalıdır.
Təzə qan yayılmalarında, təzə sümük sınıqlarında, yüngül çapıqlarda, sümük döyənəklərində, uzun müddət sorulmayan qan yayılmalarında qüvvətli masaj edilməlidir.

“Müalicəvi masaj və LFK” masaj kursu yekunlaşmışdır.