V.M.Bexterev adına Psixonevroloji Elmi Tədqiqt İnstitutunda 9 oktyabr “Qadınların psixi sağlamlığının qorunması” haqqında konfrans keçirilmişdir.

Xəbərlər və Təlimlər

V.M.Bexterev adına Psixonevroloji Elmi Tədqiqt İnstitutunda 9 oktyabr “Qadınların psixi sağlamlığının qorunması” haqqında konfrans keçirilmişdir.

13.10.2018

37

  V.M.Bexterev adına Psixonevroloji Elmi Tədqiqt İnstitutunda 9 oktyabr “Qadınların psixi sağlamlığının qorunması” haqqında konfrans keçirilmişdir. Konfransda “Loqos” PNİM-nin rəhbəri Təranə Məmmədova, baş psixoloq Elmira Mirzəyeva, psixoloq Ceyran Həsənli, psixoterapevt Elvira Babayeva və psixoterapevt Elmir Əkbər iştirak etmişdilər. Konfransda bir sıra aktual məsələlərə toxunulmuşdur. “Loqos” PNİM-nin rəhbəri Təranə Məmmədova “Xroniki xəstəlik və əlilliyi olan uşaqları yetişdirən qadınlarda adaptasiya pozuntusu” mövzusunda çıxış etmişdir. Çıxışda qeyd olunub ki, xroniki xəstəlik və əlil uşaq analarının adaptasiya pozuntusuna dövlət səviyyəsində yetərincə diqqət göstərilmədiyi üçün bu problemlə bağlı qadınlarla qeyri-dövlət psixoloji mərkəzləri məşqul olur.Çıxış zamanı “Müasir Azərbaycan Qadını “ lahiyəsi haqqında məlumat verilib.Mənəvi və psixoloji dəstəyə ehtiyacı olan hər bir qadın bu lahiyədə iştirak edə bilər. Bir neçə ildir ki, psixoloji yardımın göstərilməsi ilə yanaşı, "Loqos" PNİM-nin mütəxəssisləri Bakı şəhərində xroniki xəstəlik və əlilliyi olan uşaqların tərbiyəsi ilə məşğul olan qadınlarda adaptasiya pozuntularının tədqiqatları aparılmış və nəticədə reabilitasiya proqramlarının əsasını təşkil edən praktiki metodika hazırlanmışdır. "Loqos" PNİM uşaqları ciddi xəstəliklərdən əziyyət çəkən 184 ananın geniş psixopatoloji, somatik müayinəsini aparıb.

V.M.Bexterev adına Psixonevroloji Elmi Tədqiqt İnstitutunda 9 oktyabr “Qadınların psixi sağlamlığının qorunması” haqqında konfrans keçirilmişdir.