“Loqos” PNİM-nin psixoloqu Günel Paşayeva"Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili " adlı layihənin təlimində iştirak edib.

Xəbərlər və Təlimlər

“Loqos” PNİM-nin psixoloqu Günel Paşayeva"Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili " adlı layihənin təlimində iştirak edib.

09.10.2018

76

   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Şəmkir Qadın Resurs mərkəzi" İctimai birliyinin həyata keçirdiyi "Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili " adlı layihənin növbəti təlimi 29 sentyabr tarixində Şəmkir rayon İrmaşlı kəndində keçirilmişdir. Təlimdə "Şəmkir Qadın Resurs Mərkəzi" İctimai birliyinin sədri Arzu Həsənova , Loqos Psixoloji və Nitq İnkişafı Mərkəzinin psixoloqu Günel Paşayeva, Şəmkir rayon İrmaşlı kənd icra nümayəndəsi müavini Elşən Əlizadə, İrmaşlı kənd Vüqar Alirzayev adına tam orta məktəbin direktoru Ceyhun Məmmədov və Beynəlxalq Uşaq Fondu UNİCEF-in dəstəyi ilə yaradılmış Şəmkir Hüquqi Xidmət Mərkəzinin hüquqşunası Raul İsmayılov iştirak etmişdilər. Çıxışa başlayan Şəmkir qadın Resurs Mərkəzinin sədri Arzu Həsənova əvvəlcə layihənin məqsəd və vəzifələri haqqında məlumatlandırmış, daha sonra təlimdə iştirak edən qonaqlar layihənin faydalarından söz açmışlar. Qeyd edək ki, "Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili" adlı layihənin əsas məqsəd və vəzifələri aşağıdakılardan ibarətdir. layihə çərçivəsində müvafiq mütəxəssislər ailələrlə görüş keçirəcək, müxtəlif məsələlərə dəstək verməklə yanaşı öz tövsiyyələrini verəcəklər. Əlavə olaraq cəmiyyət arasında xüsusi nüfuza malik mütəxəssislərdən ibarət qrup yaradaraq, müvafiq qrafik əsasında həmin ailələrlə görüşlər keçiriləcəkdir.


“Loqos” PNİM-nin psixoloqu Günel Paşayeva"Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili " adlı layihənin təlimində iştirak edib.“Loqos” PNİM-nin psixoloqu Günel Paşayeva"Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili " adlı layihənin təlimində iştirak edib.“Loqos” PNİM-nin psixoloqu Günel Paşayeva"Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili " adlı layihənin təlimində iştirak edib.“Loqos” PNİM-nin psixoloqu Günel Paşayeva"Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili " adlı layihənin təlimində iştirak edib.