IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində “Qadın sahibkarlığının inkişafında ikitərəfli əməkdaşlığın perspektivləri” mövzusunda tədbir keçirilib.

Xəbərlər və Təlimlər

IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində “Qadın sahibkarlığının inkişafında ikitərəfli əməkdaşlığın perspektivləri” mövzusunda tədbir keçirilib.

04.10.2018

62

   27 sentyabr 2018-ci il tarixində IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində “Qadın sahibkarlığının inkişafında ikitərəfli əməkdaşlığın perspektivləri” mövzusunda tədbir keçirilib.
   Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Rusiya Federasiyasının İqtisadi İnkişaf Naizirliyinin təşkilatçılığı ilə təşkil olunan tədbir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Rusiya-Ərəb Biznes Şurasının direktoru, "Biznes Qadınları" Ümumrusiya İctimai Təşkilatının sədri Gvilava Tatyana Aleksandrovnanın moderatorluğu ilə keçirilib.
Dəyirmi masada Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar qadınlar iştirak ediblər.
   Məlumat üçün bildirək ki, tədbirdə Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova da iştirak etmişdir. Tədbir çərçivəsində qadın sahibkarlığının inkişafı istiqamətində təklif və tövsiyələr səsləndirib.
   Tədbirdən sonra xatirə fotosu çəkilib.

IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində “Qadın sahibkarlığının inkişafında ikitərəfli əməkdaşlığın perspektivləri” mövzusunda tədbir keçirilib.IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində “Qadın sahibkarlığının inkişafında ikitərəfli əməkdaşlığın perspektivləri” mövzusunda tədbir keçirilib.