Sahibkar Qadınlar Assosiasiyasında görüş keçirildi

Xəbərlər və Təlimlər

Sahibkar Qadınlar Assosiasiyasında görüş keçirildi

29.09.2018

107

  Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, İnformasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova və məsləhətçi Abbas Əliyev “Bakı Tekstil Fabriki” MMC-nin inzibati binasında Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva, Təlim-Tədris departamentinin rəhbəri Təranə Məmmədova və əməkdaşları ilə görüşüb, kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Assosiasiyanın fəaliyyəti ilə tanış olublar. 
  Bilik Fondunun icraçı direktoru ölkədə sahibkarlığın inkişafına xidmət edən islahatların artıq yüksək nəticələr verdiyini diqqətə çatdıraraq, xanımların həyatımızın bütün sahələrində olduğu kimi, iqtisadiyyatda da önə çıxmalarını təqdirəlayiq hal kimi qiymətləndirib. O.Səmədov Bilik Fondunun maarifləndirici layihələrindən söz açaraq, regionlarda fəaliyyət göstərən Bilik evlərində təlim kursları və dərnəklərin mahiyyətindən danışıb. Qeyd edib ki, Bilik evlərinin dəstəyi ilə bölgələrdə kiçik və orta sahibkarıqla məşğul olan qadınların istehsal etdikləri məhsulların sərgilərini təşkil etmək, onların keyfiyyətini və məhsuldarlığını artırmaq üçün ixtisaslı mütəxəssislərlə görüşlərini və müxtəlif təlimləri keçirmək məqsədəuyğun olar.
  Görüşdə tərəflər arasında əməkdaşlığa dair Niyyət Protokolunun və əhalinin sahibkarlıq sahəsində maarifləndirilməsi ilə bağlı birgə tədbirlər planının hazırlanması qərara alınıb.


Sahibkar Qadınlar Assosiasiyasında görüş keçirildiSahibkar Qadınlar Assosiasiyasında görüş keçirildiSahibkar Qadınlar Assosiasiyasında görüş keçirildiSahibkar Qadınlar Assosiasiyasında görüş keçirildiSahibkar Qadınlar Assosiasiyasında görüş keçirildiSahibkar Qadınlar Assosiasiyasında görüş keçirildiSahibkar Qadınlar Assosiasiyasında görüş keçirildi