Sentyabr ayının qalibi “Loqos” PNİM-in Bərdə filialı olmuşdur.

Xəbərlər və Təlimlər

Sentyabr ayının qalibi “Loqos” PNİM-in Bərdə filialı olmuşdur.

29.09.2018

36

  “Loqos” PNİM Bərdə filialının direktoru Günay Hüseynovanı və bütün kollektivi Loqos ailəsi adından təbrik edirik. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü ilin mart ayından sizlərə xidmət göstərir. Gündən-günə böyüyən Loqos ailəsi Azərbaycanın hər bölgəsindən sizə faydalı olmağa çalışır. Yaş məhdudiyyəti olmadan probleminizi həll etmək, daha sağlam uşaqlar, gənclər və ailələr görmək bizim məqsədimizdir. “Loqos” PNİM olaraq mütəmadi filiallarımızda reydlər, sorğular və yekun hesabatlar hazırlayırıq. Hər ay bütün filialların iş fəaliyyəti, göstərdiyi nəticələrə görə ayın filialını seçirik. Bu seçimin əsas məqsədi sağlam rəqabət mühiti yaratmaq və mütəxəssislərimizin daha da inkişaf etməsinə şərait yaratmaqdır. Sentyabr ayının göstəricilərinə əsasən ayın qalibi “Loqos” PNİM Bərdə filialı olmuşdur. Sizə gələcək fəaliyyətinizdə uğurlar və daha da yüksək nəticələr arzulayırıq. Təqdim olunan kuboka öz nailiyyətlərinizlə uzun müddət layiq olmanızı gözləyirik. 
Məlumat üçün qeyd edək ki, “Loqos” PNİM Bərdə filialı 2018-ci ilin yanvar ayından fəaliyyət göstərir.