“Loqos” psixoloji maarifləndirilmə sahəsində daha yeni bir fəaliyyətə imza atıb.

Xəbərlər və Təlimlər

“Loqos” psixoloji maarifləndirilmə sahəsində daha yeni bir fəaliyyətə imza atıb.

25.09.2018

84

SOS Uşaq Kəndi ilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.

   Mərkəzin “Gənclik” filialında keçirilmiş tədbirdə SOS Uşaq Kəndinin milli direktoru Rəşad Hüseynov, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və “Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədova, Sos Uşaq Kəndinin  və Mərkəzin əməkdaşları iştirak ediblər.

  Tədbirdə SOS Uşaq Kəndi Proqramı  çərçivəsində psixoloji maarifləndirmə istiqamətində birgə fəaliyyət imkanları, gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

  Tərəflər imzalanmış sənəd əsasında birgə tədbirlər planının hazırlanması və icrasına başlanılması barədə razılığa gəliblər.

   Məlumat üçün bildirək ki, SOS KD Beynəlxalq Humanitar təşkilatının üzvü olan “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi rəsmi olaraq 1999-cu ildə Azərbaycan Respublikasının Ədliyə Nazirliyində İctimai Birlik kimi qeydiyyatdan keçmişdir. İctimai Birliyin yaranması və fəaliyyəti ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmişdir. Assosiasiya valideyn himayəsidən məhrum olmuş və ya atılma riski qarşısında olan uşaqları ailə əsaslı qayğı ilə təmin edir. SOS Azərbaycanın bütün layihələri BMT-nin Uşaq Hüquqları Konvensiyasına uyğundur və uşaqların öz bioloji ailələrində yaşaması üçün əlavə tədbirlər həyata keçirməkdədir.

“Loqos” psixoloji maarifləndirilmə sahəsində daha yeni bir fəaliyyətə imza atıb.“Loqos” psixoloji maarifləndirilmə sahəsində daha yeni bir fəaliyyətə imza atıb.“Loqos” psixoloji maarifləndirilmə sahəsində daha yeni bir fəaliyyətə imza atıb.“Loqos” psixoloji maarifləndirilmə sahəsində daha yeni bir fəaliyyətə imza atıb.