“Təhsil, İnnovasiya və Gənclik” layihəsi çərçivəsində görüş keçirilib.

Xəbərlər və Təlimlər

“Təhsil, İnnovasiya və Gənclik” layihəsi çərçivəsində görüş keçirilib.

01.09.2018

40

İyulun 18-də Qax rayonu İlisu kənd tam orta məktəbində Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsində qalib olmuş “Təhsil, İnnovasiya və Gənclik” layihəsi çərçivəsində layihə iştirakçılarının Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Yaş və pedaqoji psixologiya” kafedrasının bir qrup müəllimi ilə görüş keçirilib. Burada “Loqos” PNİM psixoloqu Nigar Məmmədova da iştirak edib. 
Tədbirdə müəllimləri maraqlandıran suallar cavablandırılıb, müəllim-şagird, müəllim-müəllim münasibətlərinə toxunulub, müasir məktəb və psixologiya, şagirdlərin həssas dönəmlərində onların davranış qaydaları, natamam ailələrin uşaqlarına xüsusi diqqət və qayğının tələb olunması, aqressiv şagirdlərlə iş və s. haqqında fikir mübadiləsi aparılıb.

“Təhsil, İnnovasiya və Gənclik” layihəsi çərçivəsində görüş keçirilib.“Təhsil, İnnovasiya və Gənclik” layihəsi çərçivəsində görüş keçirilib.“Təhsil, İnnovasiya və Gənclik” layihəsi çərçivəsində görüş keçirilib.“Təhsil, İnnovasiya və Gənclik” layihəsi çərçivəsində görüş keçirilib.