Gürcü qonaqlar PXTİB və "Loqos"da olublar

Xəbərlər və Təlimlər

Gürcü qonaqlar PXTİB və "Loqos"da olublar

24.07.2018

97

   20 – 21 iyul tarixlərində Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi, “Loqos” Psixoloji və Nitq inkişaf mərkəzinin “NGO civil form international” proqramı ilə əməkdaşlığı çərçivəsində Gürcüstandan “Loqos”a dəvət edilən iştirakçılarla görüş keçirilib.

     Keçirilən görüşdə “Loqos” un rəhbəri Təranə Məmmədova, şöbə rəhbərləri Leyla Kərimova, Günel Axundova və Kamran Məmmədov iştirak ediblər. Təranə Məmmədova qonaqları salamlayıb və onlara “Loqos” haqqında geniş məlumat verib. Natiq Gürcüstan və Azərbaycan əlaqələrinin hər zaman yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.

    Daha sonra iştirakçılar  Azərbaycan mətbəxinə qonaq ediliblər və onlara milli dəyərlərimizi ehtiva edən hədiyyələr, mətbəx nümunələrimiz təqdim edilib.

    Görüşdən sonra qonaqlar “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin qonağı olublar.  Qonaqları qarşılayan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova mərkəz haqqında geniş məlumat verib. Ölkəmizdə aparılan uğurlu gənclər siyasəti haqqında məlumat verən S.Süleymanova İdarənin bu sahədə həyata keçirdiyi layihələri təqdim edib. Sonra mərkəzi gəzən qonaqlar mərkəzdə gənclər üçün yaradılan şərait ilə yaxından tanış olublar. O cümlədən,  qonaqlar öz təşkilatları və həyata keçirdikləri layihələr haqqında təqdimat ediblər.

     Mərkəzlə tanışlıqdan sonra qonaqlar şəhərə ekskursiya ediblər.

     İki günlük səfər qonaqlarda xoş əhval – ruhiyyə yaradıb.

Gürcü qonaqlar PXTİB və "Loqos"da olublarGürcü qonaqlar PXTİB və "Loqos"da olublarGürcü qonaqlar PXTİB və "Loqos"da olublarGürcü qonaqlar PXTİB və "Loqos"da olublarGürcü qonaqlar PXTİB və "Loqos"da olublarGürcü qonaqlar PXTİB və "Loqos"da olublarGürcü qonaqlar PXTİB və "Loqos"da olublarGürcü qonaqlar PXTİB və "Loqos"da olublar