PXTİB və “Loqos” Mətbuat gününü qeyd edib.

Xəbərlər və Təlimlər

PXTİB və “Loqos” Mətbuat gününü qeyd edib.

23.07.2018

83

  Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi  “Loqos” la birgə  22 iyul - Milli Mətbuat və Jurnalistika günü münasibətilə  tədbir keçirib.

 Tədbirdə Mətbuat şurasının rəhbəri, millət vəkili Əflatun Amaşov, “Loqos” un rəhbəri Təranə Məmmədova, AYB –nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid,  Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Ensiklopediyanın direktor müavini, şair Vaqif Bəhmənli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, əməkdar jurnalist Umud Mirzəyev, 7NEWS.az saytının rəhbəri, Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri Səbuhi Abbasov, Filologiya üzrə fəlsəfə doktoru, jurnalist Billurə Aslanqızı  və media nümayəndələri iştirak ediblər.

   Əvvəlcə tədbiri açıq elan edən PXTİB-nin icraçı direktoru Leyla Kərimova tədbirin proqramı haqqında qonaqlara geniş məlumat verib. Sonra mətbuatın inkişafı ilə bağlı qısa videoçarx nümayiş edilib.

  Daha sonra qonaqları salamlayan “Loqos” un rəhbəri Təranə Məmmədova mətbuat günü ilə bağlı bütün media nümayəndələrini təbrik edib və daim göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

     Çıxış edən Mətbuat şurasının rəhbəri, millət vəkili  Əflatun Amaşov bildirib ki, dövlət müstəqilliyinin əldə edilməsi isə Azərbaycan mətbuatının tarixində söz azadlığının təminatında, azad mətbuatın formalaşmasında böyük bir tarixi dövr kimi qiymətləndirilməlidir. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mətbuatının inkişafı yolunda yeni bir tarixdir.  Natiq qeyd edib ki, söz və məlumat azadlığının təmin olunması sahəsində aparılan siyasətin nəticəsində bu gün Azərbaycan Respublikası kütləvi informasiya vasitələrinin sayına görə MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Heç şübhəsiz ki, demokratik dəyərlər, söz və mətbuat azadlığı tarixi nailiyyətlərdir. Bu gün Azərbaycan jurnalistikasında çalışan və özünü jurnalist adlandıran hər bir həmkarımızın həyat və fəaliyyət devizi cəmiyyətdə azad sözun nüfuzunu artırmaq, demokratik inkişafa yardımçı olmaqdır.

    Digər çıxış edənlər AYB –nin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Ensiklopediyanın direktor müavini, şair Vaqif Bəhmənli və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, əməkdar jurnalist Umud Mirzəyev medianın və mətbuatın əhəmiyyətindən, keçdiyi tarixi yoldan danışıblar.

      Daha sonra bir sıra media nümayəndələrinə Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi  tərəfindən hazırlanan fəxri fərmanlar təqdim edilib.

     Təltiflərdən sonra tədbir bədii hissə davam etdirilib. Tədbirdə çıxış edən 138 saylı körpələr evi – uşaq bağçasının məzunu Aysin Bektaşi və “Dilbərim” rəqs qrupunun ifaları hamıda xoş əhval – ruhiyyə yaradıb.

 PXTİB və “Loqos”  Mətbuat gününü qeyd edib.

PXTİB və “Loqos”  Mətbuat gününü qeyd edib.

PXTİB və “Loqos”  Mətbuat gününü qeyd edib.

PXTİB və “Loqos”  Mətbuat gününü qeyd edib.PXTİB və “Loqos”  Mətbuat gününü qeyd edib.PXTİB və “Loqos”  Mətbuat gününü qeyd edib.PXTİB və “Loqos”  Mətbuat gününü qeyd edib.PXTİB və “Loqos”  Mətbuat gününü qeyd edib.PXTİB və “Loqos”  Mətbuat gününü qeyd edib.PXTİB və “Loqos”  Mətbuat gününü qeyd edib.PXTİB və “Loqos”  Mətbuat gününü qeyd edib.PXTİB və “Loqos”  Mətbuat gününü qeyd edib.PXTİB və “Loqos”  Mətbuat gününü qeyd edib.PXTİB və “Loqos”  Mətbuat gününü qeyd edib.PXTİB və “Loqos”  Mətbuat gününü qeyd edib.PXTİB və “Loqos”  Mətbuat gününü qeyd edib.PXTİB və “Loqos”  Mətbuat gününü qeyd edib.PXTİB və “Loqos”  Mətbuat gününü qeyd edib.