Bu gün "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Məmmədova Təranə Qəzənfər qızının doğum günüdür!

Xəbərlər və Təlimlər

Bu gün "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Məmmədova Təranə Qəzənfər qızının doğum günüdür!

13.07.2018

169

 

 Mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır və  tükənməz bir xəzinə bəxş edir.

   Hörmətli və dəyərli rəhbərimiz Təranə Məmmədova Sizin daxilinizdə olan tükənməz enerji və həyat eşqi Sizi tanıyan hər bir kəsin qəlbini coşdurur. Siz günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolusuz.

    Çünki, həyatda elə insanlar da vardır ki, istər uşaqlıq illərində, istər məktəb illərində, istər tələbəlik illərində, istər də ömrün hər yaşında bütün keçirdiyi günləri mənalı yaşamağı özünün həyat amalına çevirməyə çalışır. Biz “Loqos” PNİM və PXTİB komandası olaraq Sizdə bunların hər birini görür və zövq alırıq.

   Hörmətli və dəyərli rəhbərimiz Sizi “Loqos” PNİM və PXTİB ailəsi adından doğum gününüz münasibətilə təbrik edirik! Sizə daim uğurlar və sevinc dolu günlər diləyirik!

 

    Sevgi və ehtiramla “Loqos” PNİM və PXTİB ailəsi!