Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib.

Xəbərlər və Təlimlər

Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib.

12.07.2018

158

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən icra edilən  “Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması və regionlarda uşaq hüquqlarının təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində  İsmayıllı rayonunda 2 günlük təlim həyata keçirilib. Təlimə regionlardan olan 20 məktəb psixoloqu və Uşaq birliyi rəhbərləri cəlb edilib.

     Təlimi ilk əvvəl  “Hüquq Dünyası” Hüquqi Təbliğat İB-nin baş katibi, layihə rəhbəri Zaur Quliyev açaraq  həyata keçirilən layihə, donor təşkilat barədə iştirakçılara məlumat verərək bildirib ki, bu gün  təlimə regionlardan 20 məktəb psixoloqu və uşaq birliyi rəhbərləri cəlb olunub. Təlim zamanı müasir praktik psixoloji xidmətin aktual məsələlərinə uyğun mövzular tədris ediləcəyi,  müxtəlif qiymətləndirmə formaları üzərində praktiki iş aparacağı vurğulanıb.

     İsmayıllı rayon İcra Hakimiyyətinin əməkdaşı  Nəsimi Teymurov  həyata keçirilən layihənin əhəmiyyətini qeyd edərək, region psixoloqlarının bilik və bacarıqlarının artırılması baxımından faydalı olacağını qeyd edib.

      Təlimçi, psixologia üzrə fəlsəfə doktoru, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, “Loqos” un baş psixoloqu  Elmira Mirzəyeva təhsildə psixoloji xidmətin məqsədi, vəzifələri və xüsusiyyətləri, sağlamlıq imkanları məhdud uşaqlarla,  o cümlədən, şagirdlər ilə psixoloji işin təşkili, məktəb psixoloqunun fəaliyyətinin əsas elementləri, psixoloji qiymətləndirmə və konsultasiya mövzularına dair təqdimatlar edib. Təlimçi tərəfindən  müxtəlif problemli situasiyalar üzrə praktiki diaqnostika, konsultasiyalar aparılıb və müzakirələr, qrup işləri, təqdimatlar, rol oyunları kimi təlim üsulları həyata keçirilib.   

      Təlimçinin dəstəyi ilə  təlimdə iştirak edən hər bir psixoloq fəaliyyət göstərdiyi məktəbdə və reablitasiya mərkəzində  riskli davranışlara və zərərli vərdişlərə meyilli  uşaqlara təlim zamanı əldə etdiyi biliklərlə  sosial - psixoloji xidmətin göstərilməsi və uşaqlar arasında psixodiaqnostika, psixokonsultasiya işini aparmaqla, gördüyü işlər barədə qısa hesabat hazırlayıb, təşkilatçılara göndərilməsinin əhəmiyyəti qeyd olunub. Bunun layihənin davamlılığı üçün əsas amillərdən biri olacaqdır.

       İştirakçılar layihə çərçivəsində təşkil olunan qeyri - formal təlim kursunun ümumtəhsil məktəblərində və reablitasiya mərkəzlərində çalışan region psixoloqlarının bilik və bacarıqlarının  artırılmasında böyük bir təcrübə olduğunu qeyd etmiş, layihəyə verdiyi dəstəyə  görə  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, layihənin uğurlu icrasına görə  “Hüquq Dünyası” Hüquqi Təbliğat İctimai Birliyi öz dərin təşəkkürünü bildiriblər. O cümlədən, məktəb psixoloqları və uşaq birliyi rəhbərləri üçün belə praktiki təlimlərin davamlı olaraq təşkil edilməsinin zəruriliyini qeyd ediblər.

     Layihə çərçivəsində keçirilən təlim  kursunun  sonunda  iştirakçılara sertifikatlar təqdim edilib.

Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib.Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib.Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib.Məktəb psixoloqlarının bilik və bacarıqlarının artırılması üçün təlim keçirilib.