Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik məktəbinin üzvləri “Loqos”da olublar.

Xəbərlər və Təlimlər

Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik məktəbinin üzvləri “Loqos”da olublar.

14.06.2018

233

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik məktəbinin üzvləri “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzində (PNİM) qonaq olublar.

 Bu görüş Azərbaycan Ombudsman təsisatının üzv olduğu Avropanın Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsi (ENOC) çərçivəsində Avropa Gənc Məsləhətçilər Şəbəkəsinin (ENYA) “Danışın gənclər – uşaqların mental sağlamlığı barədə danışın!” adlı layihə çərçivəsində keçirilib.

 Liderlik məktəbinin üzvləri əvvəlcə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi ilə yaxından tanış olublar.

 Görüşdə Ombudsman Aparatının sektor müdiri, ENYA layihəsi üzrə məsul şəxs Gülnar Rəhimova iştirak edib. O, çıxış edərək, uşaq hüquqlarının dövlət tərəfindən xüsusi diqqətdə saxlanıldığını, onların hüquqlarının təmini istiqamətində zəruri tədbirlərin görüldüyünü bildirib. Müvəkkilin çoxşaxəli fəaliyyətində digər hüquqlarla yanaşı, uşaqların hüquqlarının təmin olunmasını daim diqqətdə saxladığı, onlarla görüşərək vəziyyətlərini öyrəndiyi və problemləri ilə tanış olduğu nəzərə çatdırılıb.

 Sonra “Loqos”un Marketinq şöbəsinin rəhbəri Leyla Kərimova “Loqos” PNİM-nin təqdimatını edib və mərkəzin fəaliyyəti, həyata keçirdiyi tədbirlər, layihələr, kurslar, seminarlar haqqında geniş məlumat verib. Natiq eyni zamanda Mərkəz tərəfindən yeni nəşr edilən "LOQOS" elmi-publisistik psixoloji jurnalı və Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin fəaliyyəti ilə tanış edib.

 Çıxış və təqdimatdan sonra “Loqos”un baş psixoloqu Elmira Mirzəyevanın təqdimatında “Psixi sağlamlıq” mövzusunda təlim keçirilib. Təlim zamanı şagirdlər praktik oyunları icra edib və onların mövzu üzrə sualları cavablandırılıb. 

 Tədbirin yekununda Ombudsman Aparatının əməkdaşı Gülnar Rəhimova layihə iştirakçılarına göstərilən diqqətə görə “Loqos” mərkəzinə təşəkkürünü bildirib.

 

Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik məktəbinin üzvləri “Loqos”da olublar

Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik məktəbinin üzvləri “Loqos”da olublarAzərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik məktəbinin üzvləri “Loqos”da olublarAzərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik məktəbinin üzvləri “Loqos”da olublarAzərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik məktəbinin üzvləri “Loqos”da olublarAzərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik məktəbinin üzvləri “Loqos”da olublar