Media layihəsi çərçivəsində üçüncü təlim keçirilib.

Xəbərlər və Təlimlər

Media layihəsi çərçivəsində üçüncü təlim keçirilib.

06.06.2018

120

“Loqos”un Azadlıq filialında Azərbaycan Mətbuat Şurası, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsi çərçivəsində üçüncü təlim keçirilib.  

  “Psixoloji mövzuda yazan jurnalistlərin hazırlığı məsələsi” mövzusunda keçirilən təlimi yazıçı, jurnalist, “525-ci qəzet”in nümayəndəsi Pərvin Nurullayeva və psixoterapevt Elmir Əkbər aparıblar.

  Təlimdən öncə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova jurnalistləri salamlayıb və onlarla fikir mübadiləsi aparıb. Natiq “Loqos” un gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.

  Daha sonra mövzu əsasında təlim aparılıb və jurnalistlərin mövzu üzrə sualları cavablandırılıb.  

Media layihəsi çərçivəsində üçüncü təlim keçirilib.Media layihəsi çərçivəsində üçüncü təlim keçirilib.Media layihəsi çərçivəsində üçüncü təlim keçirilib.Media layihəsi çərçivəsində üçüncü təlim keçirilib.