"LOQOS" elmi-publisistik psixoloji jurnalın ikinci sayı işıq üzü görüb.

Xəbərlər və Təlimlər

"LOQOS" elmi-publisistik psixoloji jurnalın ikinci sayı işıq üzü görüb.

02.06.2018

59

  Dəyərli "Loqos" və PXTİB sevərlər !

  1 iyun 2018-ci il tarixində "LOQOS" elmi-publisistik psixoloji jurnalın ikinci sayı işıq üzü görüb. 

  3 aydan bir nəşr edilən jurnalın bu dəfəki sayında Ulu öndər Heydər Əliyevin 95 illik və Cümhuriyyət tariximizin 100 illik yubileyi ilə bağlı geniş məlumat verilib. Sizlər jurnalın içərisində yer alan “Hüdudsuz zəka” adlı geniş yazıda bütün məlumatları ətraflı əldə edəcəksiniz.  O cümlədən, sayımız 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində nəşr edilib. Jurnalımızın balaca qonaqları bu sayımızda çoxluq təşkil edir. Əbəs yerə deyilməyib:  “Yer üzündə uşaq qığıltısından təntənəli himn yoxdur”. Uşaqlar dünyanın ən dəyərli varlıqlarıdır desək, yəqin ki, fikrimizdə yanılmarıq. Onlar cəmiyyətin təməli, dövlətin kiçik modeli adlandırılan ailənin sevinci, nəşə qaynağıdırlar. Jurnalımızın gözəlliyinə rəng qatan balaca fidanların timsalında bütün uşaqları təbrik edir və daim sevincli günlər diləyirik. Əminik ki, “Loqos” jurnalının ikinci sayı da Sizlərin marağına səbəb olacaq.

Dəyərli "Loqos" və PXTİB sevərlər !      1 iyun 2018-ci il tarixində "LOQOS" elmi-publisistik psixoloji jurnalın ikinci sayı işıq üzü görüb.        3 aydan bir nəşr edilən jurnalın bu dəfəki sayında Ulu öndər Heydər Əliyevin 95 illik və Cümhuriyyət tariximizin 100 illik yubileyi ilə bağlı geniş məlumat verilib. Sizlər jurnalın içərisində yer alan “Hüdudsuz zəka” adlı geniş yazıda bütün məlumatları ətraflı əldə edəcəksiniz.  O cümlədən, sayımız 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində nəşr edilib. Jurnalımızın balaca qonaqları bu sayımızda çoxluq təşkil edir. Əbəs yerə deyilməyib:  “Yer üzündə uşaq qığıltısından təntənəli himn yoxdur”. Uşaqlar dünyanın ən dəyərli varlıqlarıdır desək, yəqin ki, fikrimizdə yanılmarıq. Onlar cəmiyyətin təməli, dövlətin kiçik modeli adlandırılan ailənin sevinci, nəşə qaynağıdırlar. Jurnalımızın gözəlliyinə rəng qatan balaca fidanların timsalında bütün uşaqları təbrik edir və daim sevincli günlər diləyirik. Əminik ki, “Loqos” jurnalının ikinci sayı da Sizlərin marağına səbəb olacaq.