1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı "Uşaqların sehirli dünyası" adlı tədbir keçirilib.

Xəbərlər və Təlimlər

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı "Uşaqların sehirli dünyası" adlı tədbir keçirilib.

02.06.2018

147

“Əziz Bağça”, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Əziz Bağça” da 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı "Uşaqların sehirli dünyası" adlı tədbir keçirilib.

       Tədbirdə PXTİB-nin icraçı direktoru Leyla Kərimova, PXTİB-nin sənədlər şöbəsinin rəhbəri Ləman Ağalarova, Əziz bağçanın rəhbəri Şəlalə Qarayeva , PXTİB-nin könüllüləri, bağçanın  müəllim, valideyn və uşaq kollektivi iştirak ediblər. 

        Tədbiri bağçanın balaca fidanları dövlət himni ilə onlara məxsus olan özəl günü açıq elan ediblər və tədbir "Azərbaycan " adlı kompozisiya ilə start götürüb. Sonra qonaqları salamlayan bağçanın müdiri Şəlalə Qarayeva tədbirin proqramı haqqında məlumat verib.

        Daha sonra çıxış edən PXTİB-nin icraçı direktoru Leyla Kərimova uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. Natiq çıxışında bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.

      Sonra 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı rus qrupunun uşaqları tərəfindən  nağıl əsasında hazırlamış "Uşaqların sehirli dünyası" adlı ssenarisi maraqlı kompozisiyalarının nümayişi ilə davam edib. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb. O cümlədən, bağçanı bitirən məktəbəqədər balaca fidanların məktəbə yolasalınması qeyd edilib.

       Daha sonra sonda sülhün rəmzi sayılan göyərçinlər səmaya uçurularaq, "Uşaqların sehirli dünyası" adlı tədbir tortun kəsilməsi ilə yekunlaşıb.

 1 iyun1 iyun1 iyun1 iyun1 iyun1 iyun1 iyun1 iyun1 iyun1 iyun1 iyun1 iyun