"Genetikayla bağlı maarifləndirici təlimlər " adlı layihə yekunlaşıb.

Xəbərlər və Təlimlər

"Genetikayla bağlı maarifləndirici təlimlər " adlı layihə yekunlaşıb.

30.04.2018

57

“Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Genetikayla  bağlı maarifləndirici təlimlər" adlı fərdi layihə həyata keçirilib . Layihə rəhbəri Sadıqova Ayişə layihə çərçivəsində iştirakçıların gənc peşəkar təlimçilərin dəstəyi ilə : “Genetika nədir”?,  “Genetik yaradılış nə deməkdir”? , “Genetik mutasiya”, “Genetik xəstəliklər” və.s  mövzularda fikir  mübadiləsi aparılıb. 
O həmçinin qeyd edib ki, təlimlər ərzində təqdimatların keçirilməsi üçün təlimçilər tərəfindən hər bir qrupa mövcud  problemlər sırasından müəyyən bir mövzu təqdim olunub. İştirakçılar layihə müddətində Genetik nəzəriyyələrlə bağlı öz fikirlərini bildirmək imkanı əldə ediblər.

         Layihə iştirakçıların qrafiki nəzərə alınaraq hər həftənin bazar günü olmaqla 3 həftə davam edibdir. Bütün təlimlər “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzində həyata keçirilib. Layihənin sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar və xüsusi fəal olanlara hədiyyələr təqdim olunubdur.

"Genetikayla bağlı maarifləndirici təlimlər " adlı layihə yekunlaşıb."Genetikayla bağlı maarifləndirici təlimlər " adlı layihə yekunlaşıb."Genetikayla bağlı maarifləndirici təlimlər " adlı layihə yekunlaşıb."Genetikayla bağlı maarifləndirici təlimlər " adlı layihə yekunlaşıb."Genetikayla bağlı maarifləndirici təlimlər " adlı layihə yekunlaşıb.