"Gənc Tusilər" adlı layihə yekunlaşıb.

Xəbərlər və Təlimlər

"Gənc Tusilər" adlı layihə yekunlaşıb.

23.04.2018

102

   “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Gənc Tusilər" adlı fərdi layihə həyata keçirilib. Layihə rəhbəri Ələkbərova Şərəfnisə layihə çərçivəsində iştirakçıların gənc peşəkar təlimçilərin dəstəyi ilə : “Astronomik tarix”, “Kainatın yaradılışı”, “Şamaxı Rəsədxanası”, “Qalaktika” və.s mövzularla bağlı  fikir  mübadiləsi apardıqlarını  bildirib.  O həmçinin qeyd edib ki, təlimlər ərzində təqdimatların keçirilməsi üçün təlimçilər tərəfindən hər bir qrupa mövcud  problemlər sırasından müəyyən bir mövzu təqdim olunub.  Layihə müddətində Gənc Tusilər həmin mövzularla bağlı öz fikirlərini bildiriblər.

    Layihə iştirakçıların qrafikləri nəzərə alınaraq hər həftənin bazar günü olmaqla 3 həftə davam edibdir. Bütün təlimlər “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzində həyata keçirilib. Layihənin sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar və həmçinin hədiyyələr təqdim olunub.

"Gənc Tusilər" adlı layihə yekunlaşıb. "Gənc Tusilər" adlı layihə yekunlaşıb. "Gənc Tusilər" adlı layihə yekunlaşıb.