"Zəka Fırtınası" adlı layihə yekunlaşıb.

Xəbərlər və Təlimlər

"Zəka Fırtınası" adlı layihə yekunlaşıb.

16.04.2018

55

“Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Zəka Fırtınası" adlı layihə həyata keçirilib. Layihə rəhbəri Sadıqlı Həbib layihə çərçivəsində iştirakçıların gənc peşəkar təlimçilərin dəstəyi ilə: “İOS” ,  “Windows” , “Qrafik saytların qurulması”,  “Android” və.s  bu istiqamətdə  fikir  mübadiləsi apardıqlarını  bildirib. 
O həmçinin qeyd edib ki, təlimlər ərzində təqdimatların keçirilməsi üçün təlimçilər tərəfindən hər bir qrupa mövcud  problemlər sırasından müəyyən bir mövzu təqdim olunub.  Layihə müddətində iştirakçılar öz fikirlərini bildirmək imkanı əldə ediblər.

         Layihə hər həftənin bazar günü olmaqla 3 həftə davam edib. Bütün təlimlər “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzində həyata keçirilib. Layihənin sonunda təlimi uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunubdur.

"Zəka Fırtınası" adlı layihə yekunlaşıb.