“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin seçim mərhələsi keçirilib.

Xəbərlər və Təlimlər

“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin seçim mərhələsi keçirilib.

09.05.2018

169

     “Loqos” un Azadlıq filialında Azərbaycan Mətbuat Şurası, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyi (PXTİB), “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi ilə birgə keçiriləcək “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin seçim mərhələsi keçirilib.

Seçim mərhələsində “Loqos” PNİM-in rəhbəri Təranə Məmmədova, AYB-nin katibi, “525-ci qəzetin baş redaktoru, əməkdar mədəniyyət işçisi Rəşad Məcid, əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Ensiklopediyanın direktor müavini, şair Vaqif Bəhmənli, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev, AYB-nin üzvü, “Loqos” jurnalının baş redaktoru Rəhilə Gülgün, PXTİB-nin icraçı direktoru Leyla Kərimova iştirak ediblər. 
Seçim mərhələsində “Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsində iştirak etmək üçün qeydiyyatdan keçən jurnalistlər qəbul edilib və onlara layihə haqqında ətraflı məlumat verilib. 
Məlumat üçün bildirək ki, çoxsaylı media nümayəndələrinin müraciətlərini nəzərə alaraq layihədə iştirak etmək üçün qeydiyyat müddəti 26.05.2018 - ci il tarixinə qədər uzadılıb. Layihədə iştirak etmək istəyən media nümayəndələri 26 may tarixinə qədər “Loqos” un azadlıq filialına müraciət edib anket formasını doldura bilərlər. 

Layihənin açılış mərasimi 29 may 2018-ci il tarixində keçiriləcək.

“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin seçim mərhələsi keçirilib.“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin seçim mərhələsi keçirilib.“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin seçim mərhələsi keçirilib.“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin seçim mərhələsi keçirilib.“Vətəndaş Cəmiyyətinin psixoloji maarifləndirilməsi və Media” layihəsinin seçim mərhələsi keçirilib.