Elmir Əkbər

Böyük

Elmir Əkbər

( Psixoterapevt )

Elmir Əkbər  11 avqust 1981 ci ildə anadan olmuşdur.

2004-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinin-Müalicə İşi fakültəsini bitirib.

Universitetdə oxuyarkən "Etil spirtinin insana psixo-fizioloji təsiri" tələbə elmi işi diploma layiq görüləndən sonra, "əlil Uşaqlar və onların Valideynlərinə psixoloji yardım Mərkəzi"ndə çalışıb.

Diplom ixtisası həkim-Psixoterapevtdir. Hərbi xidməti keçib-hərbi mükəlləfiyyətlidir.

Əvvəlcə "Onkoloji xəstələrin psixoloji reablitasiyası"yla əlaqədar elmi iş götürsə də, 2008-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Sosiologiya və Psixologiya şöbəsinə daxil olduqda "Gənc və Yeniyetmələrin Destruktiv davranışının Psixoloji kökləri" mövzusunu müdafiə işi kimi təsdiqlədib.

Azərbaycan və ölkədən kənarda ixtisasartırma kursları və peşəkarların praktik təlimlərini keçib. "Cinayət Törətmiş şəxslərin Ciddi nəzarət altında Müalicə olunan Xüsusi Şöbə"də çalışır.

"Azərbaycan" Universiteti-Hüquq və Beynəlxalq Hüquq fakültələrində Hüquq Psixologiyası və Məhkəmə Psixiatriyası fənnlərini tədris edir.

Bundan əlavə müxtəlif universitetlərdə müəllim və tələbə heyəti üçün populyar psixoloji mövzularda, qeyri-mütəmadi mühazirələr de

Müxtəlif tele və radio layihələrdə daimi və qeyri-mütəmadi ekspert kimi əməkdaşlıq edir.

Hal-hazırda “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzində  psixoterapevt-psixoanalitik kimi fəaliyyət göstərir.