Nigar Məmmədova

Böyük

Nigar Məmmədova

( Psixoloq )

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika və psixologiya fakültəsini bitirmişdir. 2004-cü illərdə 2-ci təhsil olaraq A.M.İ-nin "Psixologiya" fakültəsini  bitirmişdir.2010-cu ildən Azərbaycan Müəllimlər İnstitutunun "Psixologiya " kafedrasında baş müəllim işləyir, həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Yenidən hazırlanma" kafedrasında Baş Müəllim vəzifəsində çalışır. 2011-ci ildən "Ailə, qadın, uşaq problemləri" komitəsində  ekspert psixoloq işləyir, 2012-ci il tarixində A. M .İ  təşkil olunan "Öyrədənlərin Öyrədəni" kursunu keçmiş, "Təlimçi" statusu almışdır. 2013-cü ildə "Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişikliklər" layihəsi çərçivəsində həyata keçirilən "İnkluziv təhsilin fəlsəfəsi və Ali məktəblərdə İnkluziv Təhsil proqramının Tədrisi üzrə  "təlim kursunda iştirak etmiş və "Təlimçi "statusu almışdır. Azərbaycanda keçirilən I və II Beynəlxalq psixologiya konfransında iştirak etmiş ,sertifikatlar almışdir. "NOROKEY" kişisel və Kurumsal  Danışmalıq mərkəzində keçirilən təlimlərdə iştirak etmişdir. 2014-cü ildə Təhsil Nazirliyi və A.M.İ-nin təşkilatçılığı ilə keçirilən "Müəllim Hazırlığı müasir problemləri: Texnologiya, təhsil və inkişaf" adlı III Beynəlxalq Elmi konfransda iştirak etmişdir.2015-ci ildə Fövqəladə Hallar Nazirliyinin A.M.İ -ilə birgə keçirdiyi "Psixoloji Yardım" kursunda iştirak etmişdir. Həmçinin UNİSEF-in təşkil etdiyi "Psixoloji Yardım" proyektində iştirak etmişdir. Ümumiyyətlə ölkə daxili və xarici bir çox konfranslarda, kurslarda iştirak etmiş və sertifikatlar almışdır. 20-dən çox məqalə, tezis və proqramların müəllifidir.

Hal-hazırda "Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzi "ndə Psixoloq  işləyir.