Elmira Mirzəyeva

Böyük

Elmira Mirzəyeva

( Psixoloq )

Psixologiya üzrə fəlsəfə doktoru

“LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu

Xəzər universitetinin Təhsil fakültəsinin baş müəllimi

Azərbaycan , Rusiya , Almaniya , Türkiyə və İngiltərədə psixologiya üzrə təhsil almışdır.

Dünya Pozitiv Psixoterapiya Assosisiyasının , Beynəlxalq Ailə Akademiyasının , Rusiya Təhsil Psixoloqları Federasiyasının , Rusiya Perinatal Psixologiya və Tibb Assosisiyasının , Beynəlxalq Psixologiya və İdarəetmə İnstitutunun , Beynəlxalq Fundamental Təhsil Universitetinin , Sankt-Peterburq Klinik Psixologiya və Psixoterapiya İnstitutunun elmi şürasının üzvüdür.

1994-2008-ci illərdə UNİCEF-in 20-dən artıq layihəsinin koordinatoru və məsləhətçi kimi fəaliyyət göstərmişdir.

2009-2010-cu illərdə Heydər Əliyev Fondunun “Şəkərli diabetli uşaqlara ən yüksək qayğı” layihəsinin , 2009-2015-ci illərdə Beynəlxalq Qızılxaç Cəmiyyətnin Azərbaycanda həyata keçirdiyi “İtkin düşmüş şəxslərin ailələrinin müşaiəti” layihəsinin koordinatoru olmuşdur.

2005-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən qabaqcıl təhsil işçisi adına layiq görülmüşdür.

2011-ci ildə Ailə , Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Lider Qadın fəxri adı ilə təltif olunmuşdur.

“LOQOS” da fəaliyyət istiqamətləri

Fərdi psixoloji məsləhət

Qrup təlimləri

Ailə konsultasiyası

Şəkərli diabetli uşaq və yeniyetmələrə (böyüklərə) psixoloji dəstək

Təhsildə psixoloji xidmətin təşkilinin elmi-praktik aspektləri sahəsində müxtəlif mövzularda ustalıq dərsləri , təlim kursları.

Çətin şəraitdə yaşayan insanlarla psixoloji dəstək mövzusunda fərdi və qrup işləri.

Yay məktəblərinin təşkili .