Aysel Nağıyeva

Uşaq

Aysel Nağıyeva

( Pedaqoq )

2006-2010-cu illərdə ADPU-nin “İbtidai təhsilin pedaqogikası və metodikası“ fakültəsində təhsil almışdır. Iki il Bakı Avropa liseyində pedaqoji təcrübədən keçmişdir. 2010 – 2013cü illərdə ADPU-nin “İbtidai təhsilin pedaqogikası və metodikası” fakültəsində magistr təhsili almışdır. 2013cü ildə “İbtidai sinif səviyyəsində yeni fənn kurrikulumunun tətbiqi “(ixtisasartırma təhsil proqramının adı) kursunu I dərəcəli sertifikatla bitirmişdir. Blended Learning “İKT esaslı fəal təlim” (10 günlük kurs, BAL) ,”Elektron məktəb” layihəsi üzrə (4 gün), “Elektron Lövhədən istifadə” layihələrində iştirak etmişdir. 2010-2015-ci illərdə “İdrak”  liseyində ibtidai sinif müəlliməsi vəzifəsində çalışmışdır.

Hal-hazırda “Loqos” Psixoloji və Nitq İnkişaf mərkəzində məktəbəqədər və məktəbyaşlı uşaqlarla təkmilləşmiş proqram üzrə qrup və fərdi şəkildə dərslər aparır.