Bahar Mustafayeva

Uşaq

Bahar Mustafayeva

( Loqoped )

1996-cı ildə N. Tusi adına ADPU-nun Pedaqogika və psixologiya üzrə M/Q fakültəsini bitirmişdir.1996-2006-cı illər ərzində  Şəki Pedaqoji texnikumunda psixologiya fənnini tədris etmişdir.1998-2002-ci ildə Soros fondunun təşkil etdiyi "Addım-addım" seminarında iştirak etmişdir. Bir neçə reabilitasiya mərkəzində psixoterapevt və psixoloq-kəkələmə üzrə mütəxəssis kimi fəaliyyət göstərmişdir. Kəkələmənin terapiyası ilə bağlı Azərbaycan dilində xüsusi bir proqram hazırlamışdı.

Hal-hazırda həmin proqram əsasında Loqos Psixoloji və Nitq İnkişaf mərkəzində Kəkələmə üzrə mütəxəssis kimi  fəaliyyət göstərir.