Inklüziv təhsil və onun əhəmiyyəti

Məqalələr

Inklüziv təhsil və onun əhəmiyyəti

05.12.2016

967

                               Inklüziv təhsil və onun əhəmiyyəti

“Loqos” Psixoloji və Nitq İnkşaf Mərkəzinin Pedaqoqu: Gülnar Vəliyeva

Açar söz:

 

“Məktəblər bütün uşaqları, onların fiziki, intellektual, sosial, emosional, dil, və    digər xüsusiyyətlərinə baxmayaraq, qəbul etməlidir. Bu, əqli və fiziki ləngiməsi olan, xüsusi istedada malik olan, kimsəsiz, işləyən uşaqlar… etnik və mədəni azlıqlara mənsub olan uşaqlara da aiddir.(Salamanka Bəyannaməsi, 1994-cü il)

İnklüziv təhsil nədir? İnklüziv təhsil ümumi təhsilin inkişafı prosesidir. Təhsilin bütün uşaqların müxtəlif ehtiyaclarının ödənilməsi baxımından hamı üçün əlçatan olmasını nəzərdə tutur. Bu xüsusi qayğıya ehtiyacı olan uşaqların da təhsil almasını təmin edir.

İnklüziv təhsil anlayışı insan hüquqları prinsipinə əsaslanır. İnsan Hüquqları  Konvensiyasına görə, dövlətlər elə bir təhsil sistemi qurmalıdır ki, təhsilalma hüququ hər bir uşağa şamil edilsin. Azərbaycan Respublikası İnsan Hüquqları Konvensiyasını 1992-ci ildə imzalayıb və respublikamızda yaşayan hər bir uşağın təhsil alma hüququnu qorumağı öz üzərinə götürmüşdür.

Qeyd etmək lazımdır ki, dünyanın bir çox ölkələrində (Böyük Britaniya, ABŞ, İsveçrə və s.) xüsusi qayğıya ehtiyacı olan uşaqlar  digər yaşıdları ilə birlikdə ümumtəhsil məktəblərində təhsil alır və uşaq bağçalarına gedirlər. İnklüziv təhsilin inkişafı dünyanın bir çox ölkələrinin təhsil siyasətinin əsas prioritetlərindəndir və ümumiyyətlə, hər hansı bir ölkənin təhsil sisteminin beynəlxalq prinsip və standartlara uyğunlaşdırılması məqsədini daşıyır.

Müasir dövrdə inklüziv təhsil dedikdə uşaqların məktəbəqədər müəssisələrdə, orta təhsil məktəblərində dərs alması prosesi nəzərdə tutulur ki, bunun da xüsusi tələbləri var. Təlim metodikasına müvafiq olaraq inklüziv təhsil uşaqlara qarşı hər hansı formada ayrı-seçkilik edilməsinin qarşısını alır, müxtəlif nevroloji və ya psixi xəstəlikləri olanlara belə mükəmməl şəkildə təhsil almaq, uğur qazanmaq imkanı verir. Onun əsas vəzifəsi məhdud imkanlara malik insanların peşə hazırlığı üçün sərhəd tanımayan mühit yaratmaqdır.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların daha keyfiyyətli təhsilə yiyələnməsi, cəmiyyətə daha tez adaptasiyası üçün digər yaşıdları ilə bir yerdə olması daha məqsədəuyğundur.

 İnkulizv təhsilin bir çox komponentləri vardır:

          

  • ·İnkluziv təhsillə əməkdaşlıq;
  • ·Qiymətləndirmə;
  • ·Fərdi tədris proqramı;
  • ·İnkluziv təhsildə reabilitasiya xidmətinin təşkili
  • ·İnkluziv təhsildə pedaqoq və psixoloqların rolu
  • ·İnkluziv təhsildə digər xidmətlərin təşkili
  • ·İnkluziv təhsildə valideynlərlə işin təşkili
  • ·Peşə təhsili və s.

İnkluziv təhsilin məktəbəqədər müəssisə və məktəblərdə uğurlu inteqrasiyanın təmin olunması zamanı aşağıdakı faktorlar diqqətdə saxlanılmalıdır.

  • İntellekt və emosional sahənin inkişafı;
  • Stressə qarşı dözümlülüyün və özünəinamın inkişafı

Dünya təcrübəsinə əsaslanaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların peşə təhsilinin aşağıdakı kimi reallaşması vacibdir:

  • Peşə təhsili təlimlərinin praktiki olaraq, müvafiq  iş yerlərində təşkili; 
  • Xüsusi qayğıya ehtiyacı olan gənclərin öz tipik yaşıdları, iş yoldaşları ilə birlikdə təcrübə keçirməsi;
  • Həyatı bacarıqların öyrədilməsinə üstünlük verilməsi;
  • Peşə təhsilinin əsasən iş yerlərində həyata keçirilməsi;  
  • Peşə təhsilindən sonra gənclərin imkan daxilində yaşadıqları yerə yaxın ərazidə işlə təmin edilməsi.

Məktəbəqədər uşaq müəssisələri xüsusi qayğıya və təhsilə ehtiyacı olan uşaqları qəbul edir, sosial status, irqi, fiziki, emosional və intellektual inkişaf səviyyələrinə görə differensasiya etmədən onlara təlabata uyğun xüsusi psixo-pedaqoji şərait yaradır.

Məktəbəqədər təhsil müəssələrində mövcud psixoloji durum mühüm əhəmiyyət kəsb edir. Müəllim kollektivinə mənəvi və metodiki dəstək təlim-tərbiyənin düzgün təşkilində vacib məsələlərdəndir. Bağçada oyuncaqla oynamayan uşaq inkişafdan geri qalır. Ona görə də, balacalara oyuncaq və əşyalar vasitəsilə manipulyasiya etməyi öyrətmək lazımdır. Bu proses onlara əşyalarla bağlı əsas hərəkətləri (vurmaq, silkələmək, dartmaq, itələmək və s.) öyrədir. Daha çox “reaksiya” verən (məsələn, səs çıxaran və ya şəklini dəyişən) oyuncaqlar tövsiyə olunur. Oyun prosesində  ehtiyac olarsa, pedaqoq yardım edə bilər.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların tipik yaşıdları ilə təhsilə birgə hazırlanması üzrə məsuliyyət mahiyyət etibarı ilə daha çox psixoloq və tərbiyəçilərin üzərinə düşür. Ümumiyyətlə,  korreksiyaedici xidmət dedikdə,  öncə onların təhsilə daha tez uyğunlaşması, uşaqlarla effektiv ünsiyyət qura bilməsi nəzərdə tutulur. Məsələn, uşaq bağçalarında, yaxud məktəbəqədər hazırlıq müəssisələrində tərbiyəçilərin əsas rolu aşağıdakı funksiyaları həyata keçirməkdən ibarətdir: uşaqlarda kollektivçilik, əmək vərdişləri, davranış, etik və əxlaqi keyfiyyətlərin inkişaf etdirilməsi, dünya haqqında ilkin təsəvvürlərin yaradılması və s. Bir sözlə, məktəbə hazırlıq prosesində pedaqoq uşağı fiziki və mənəvi cəhətdən tərbiyə edir,cəmiyyət tərəfindən müəyyən edilmiş vəzifələrə uyğun şüurlu fəaliyyətə hazırlayır.