Uşaqları yalan söylməyə vadar edən səbəblər

Məqalələr

Uşaqları yalan söylməyə vadar edən səbəblər

24.01.2019

90

 

1.Cəzalandırlımaq qorxusu. Sınan oyuncağa görə ananın əsabləşib, deyindiyini ( konfetdən məhrum edib küncə qoyduğunu) görən uşaq gələn dəfə bu halda artıq yalan deyəcək. Əgər uşağınızda bu tip  yalanlar vərdiş halı alıbsa, o zaman onu günahlandırmadan, danlamadan danışmağa cəhd göstərin “Gəl sənlə belə danışaq ki, sən mənə qorxmadan düzünü deyəcəksən, mənsə əsəbləşməməyə çalışacam və hatta düz danışdığına görə sevinəcəm. Biz bir yerdə məsələni həll eləməyə çalışacağıq”.

2.  Digərlərinin gözündə özünü böyütmə. Uşaqlar ən çox dostlarının düşüncəsində öz statuslarını artırmaq üçün yalan danışırlar. Misal üçün, hansısa ulduz və ya akteru gördüklərin deyirlər, yaxud, valideyinlərinin gəlirlərin artırlar. Bu halda uşağınızın nie özünə əmin olmadığının səbəbin müəyyən edin. Bəlkə ona fikir verən yoxdu? Yaxud, ona gülüb və alcaldırlar?

3. Özəl hayat sərhədləri üçün.Valideyinlər nə qədər çox uşağa nəzarət edib həyatına qarışırlarsa,  bu onu yalan söyləməyə və ya yarımçıq ifadə verməyə daha çox məcbur edir. Bu hallarda uşaqlar daha çox kobud olmağa meyillənib, tək qalmaq istədiklərin vurgulayırlar. “Hara gedirsən” “Nə iş görürsən “ tipli suallara isə “Heçnə” “Hec yerə” cavabları verərək inkar formasına üz tuturlar.


⠀Bu cür hallarda nə edə bilərsiniz?

Yalana görə cəzalandırmaq olmaz, əgər yalana görə cəzalandırsanız, uşaq elə başa düşəcək ki, siz problemə görə deyil, həqiqəti öyrəndiyinizə görə qışqırırsınız. Bu halda uşağın şüuraltında elə fikir formalaşacaq ki, yalanı sona dək gizlətmək lazımdır.

Uşaq valideyinlərə o halda düz danışar ki, ana-atasının onun alçatmayacağından əmin olar, onlar tərəfindən tərk edilmə qorxusu yaşamaz, hər halda valideyinlərinin ona dəstək olacağın, düzgün yolu gəstərəcəklərini bilər.

Çalışın hər zaman ailənizdə dürüstlüyün nə qədər vacib olduğunu vurğulayasınız. Onu düz danışdığını görə tərifləyin. Onu yalan danışmamağa öyrətmək hər xırda şeyə görə danlamaqdan daha yaxşıdır.