Xoşbəxt olmaq istəyirsənsə

Məqalələr

Xoşbəxt olmaq istəyirsənsə

04.01.2019

239

Əgər keyfiniz yoxdursa və ya başqa səbəblərdən həyat yoldaşınız səhər qəhvəsini içmədən evdən çıxırsa, əmin olun ki, mütləq işdə içəcək. Yaxud da , yolüstü hansısa kafeyə və “coffeehouse” dönərək, onu gülərizlə qarşılayan adamlara xoşladığı espressonu sifarış edəcək.
Əgər qabdaki su köhnəlibsə, başqa qabdan su tapıb içməyə çalışacaq.
Əgər kişi öz evində onu xoşbəxt edəcək “sağ ol” kəlməsin eşitmirsə, mütləq bazardan aldığı bir zəmbil sogandan tutmuş, evdə düzəltdiyi döşəməyəcən hər hərəkətini dəyərləndirib təşəkkür alacağı bir yerə qaçacaq. Boynumuza alaq ki, biz qadınlar çox zaman ağzı bağlanmayan un paketinə, yerə dağılmış yuyucu toza, su axıdan krana görə deyinirik. Nəticə olaraq biz onu enerji və ilham mənbəyindən uzaqlaşdırırıq.
Əgər serialda hansısa qadının amneziya nəticəsində yolunu azması və ya tavada yanan soğan evə gələn həyat yoldaşınızı qarşılamaqdan daha maraqldırsa, mütləq şəkildə onu başqa qapıda gülər üzlə qarşılayacaq biri tapılacaq.
Nə vaxtsa Y.Komarovskinin “Qadın nə qədər məşğul olsa da yoldaşının köynəklərini ütüləməyə vaxt tapmalıdır, yoxsa onları başqası ütüləyəcək” ifadəsi məni təəcübləndirdi. Üstəlik gülümsəyəcək, qayğısına qalıb onu dinləyib təşəkkür də edəcək.
Enerji görünməz qidadır. Evdə bir qab aş yeyən kişi heç vaxt restorana girib ikinci qabı sifariş etməz, sizin bişirdiyinizdən daha dadlı, ədviyyatlı olsa belə. Kişinin qarnı toxdursa, deməli hər şey yolundadır. Əgər siz illərlə ona naharda qab dolusu yemək verirdinizsə və əgər sonradan həmin normanı azaldırsınızsa, əmin olun ki, yerini şirniyyat, konfet, kolbasa çörəklə dolduracaq. Həm də çox güman ki, artıq başqa qadının mətbəxində.
Əgər uzun müddət bir qadın kişinin qayğasına qalıb onu hərtərəfli qane etmirsə, mütləq o boşluğu dolduracaq biri tapılacaq. Bağlı, havasız otaqda nə qədər çox otursan təmiz havanı daha çox axtaracaqsan.
Təbii olaraq bu yazını oxuyanların qəzəbin az da olsa hiss edirəm. “Nəyə görə yenə qadınlar?”. Unutmayın ki, hər şey bizdən başlayır və hər zaman kim xoşbəxt olmaq istəyirsə, daha çox cəhd etməlidir.