Virtual dünyanın insanlara təsiri

Məqalələr

Virtual dünyanın insanlara təsiri

24.10.2018

78

Doğsanıncı illərdən başlayaraq  internetin inkişafı, dünyanı bir yeniliyə apardı. Bu yenilik insanların həyatında reallıqla yanaşı virtual aləm oldu. Dünyada insanlar real həyatları ilə yanaşı virtual həyatınıda yaşamaqdadır. Əlbəttə, hər  bir yeniliyin müsbət və mənfi təsirləri olur. Virtual həyat müasir zamanda danılmaz fakt olaraq qalsada bir çox ekspertlər həyacan təbilini çalmaqdadır. Ekspertlərin rəyinə görə insanlarda kütləvi asosialıq, depressivlik, narsislik sürətlə yayılmaqdadır. Bu isə insanlarda “kütlədə tənhalı”-sindromuna gətirib çıxarır. Bu mövzunu əsas götürərək psixoterapevt Elmir Əkbərə müraciyyət etdik.

Elmir bəy, ilkin olaraq bir neçə sözlə özünüzü təqdim edin.

İlkin olaraq onu vurğulayım ki, mən çərçivəsiz yanaşan insanam. Mən  haniballarla da ünsiyyətdə olmuşam.  Biz hətta ünsiyyətdə olanda bu barədə zarafatlaşırdıq ki, bu ünsiyyətin sonu necə qurtaracaq. Yəni mən insanları olduğu kimi qəbul edirəm. Heç bir çərçivəni qəbul etmirəm. Özümdə çox tolerant mühütdə böyümüşəm. Valideyinlərim fərqli-fərqli mühütdən olsalarda onlar çox gözəl anlaşırdılar.

 Keçək mövzumuza. Sosial medianın insan psixaloji durumuna təsiri haqqında nə deyə bilərsiniz?

Müasir virtual yeniliklər insanların şüur və şüuraltına böyük təsirə malikdir. Yəni indi bununlar heç kim üçün yenilik deyil. İstər 25 –ci kadr effekti, marketinq və reklamın fəaliyyəti , insana böyük təsir göstərir.  Məsələn bir neçə onilliklər öncə bu ancaq xüsusi xidmət orqanların gördüyü iş idi. Lakin indi bu adi və kütləvi hala çevrilib. Əslində virtual aləmin inkişafı ilə arada olan sərhədlər, manelər aradan götürüldü. İstedadı olan hər bir kəs öz işini ictimayyətə çox rahatlıqla çatdıra bilər.

Şəbəkə saytlarının inkişafı insanlarda ikili həyatına gətirib çıxardı, virtual və real. Bu iki amil insanların psixoloji vəziyyətinə təsir edirmi ?

Ümumiyyətlə virtual dünyanın inkişafının zəif cəhəti təhlükəsizlikdir. İkinci məsələ isə emosianal vəziyyətlə bağlıdır. Məsələn, ani halda sizin qarşınıza elə bir şəkil və ya video çıxa bilər ki, bu sizin bütün günü əhval düşkünlüyünüzə səbəb ola bilər. Ona görədə sosial mediyanın ünvansızlığı özüdə böyük problemdir. Digər tərəfdən virtual aləm insanların rahat ola biləcək məkana çevrilir. Məsələn elə bir insan ola bilər ki, onun geyimi yaşam tərzi ətrafı ilə üst-üstə düşə bilməsin. Həmin insanın ətrafı onu aqressiv qarşılasın və nəticə olaraqda həmən insanda özünə qapılma prosesi getsin. Lakin virtual aləmdə o özünə həmsöhbətlərini taparaq maraqlı tərəflərini ortaya qoya bilər və qısa müddət ərzində tanına bilər. Kefli İskəndəridə ətrafı  qəbul etmirdi ancaq Kefli İskəndərin o zaman sosial şəbəkələrə çıxışı olsaydı çox məhşur olardı. Bu məsələnin müsbət tərəfi lakin bunun mənfi tərəfidə mövcuddur.  Bu  insanın virtual həyatını bəzən real həyatından daha çox vaxt ayırmasıdır. Bunun bir çox səbəblər var əsas səbəb isə real həyatda problemi həl etməkdənsə bəzən insanlar problemdən qaçır və virtual aləmə qapılaraq özünü virtual aləmdə realizə etməyə başlayır.  Bu çox mənfi nüansdı. Sosial medianın digər mənfi cəhəti isə intihar, ağır cinayətlərlə bağlı xəbərlərdir. Bu xəbərlərdə insanlara çox mənfi təsir göstərir, əhvalını pisləşdirir digər tərəfdən psixologiyası zəif olan insanlarda özünə qəsd fikrini beyninə yerləşdirir. Ona görə bu məsələlərdə diqqətli olmaq lazımdır.

Sosial şəbəkələrin ailə münasibətlərinin dəyişməsinə nə kimi təsir göstərir?

Təsəvvür edin bir gün  internet olmayanda insanlar arasında nə dərəcədə ünsiyyət artır. Bu məsələdə internet asılığı prizmasından baxmaq lazımdır. İnsan internetdən asılı olanda bu onun şəxsi həyatının vaxt ayırmaması ilə nəticələnir. Bu məsələnin birinci hissəsi, digər məsələ isə qeyri sağlam qısqanclıq anlayışı var.  Sadə bir şərhə görə kifayət qədər böyük narazıçılıq olur. Digər bir problem isə şəbəkə saytların vasitəsi ilə insan tanımadığı bir insanla öz problemini müzakirə etmək istəyir. Yəni ortada heç bir xəyanət yoxdur sadəcə maraq var. Bunun üstü açılanda artıq böyük problem olur çox təssüf ki, boşanma ilə nəticələnir.

Sosial media cəmiyyətdə doğurduğu asosiallıqla bağlı nə deyə bilərsiniz?

Yenə deyirəm bu insanın real həyatında olan problemləri ilə bağlıdır. Əyər bir insan real həyatında qarşına çıxan sosial problemləri aşa bilmirsə bu onda natamamlıq, sıxıntı hissini aşmaq əvəzinə virutal aləmə qapalır. Virtual aləm reallığımıza alternativ kimi artıq formalaşır və orada özünü realizə etməyə başlayır. Daha çox vaxt ayırır daha fəal olur bu isə təbi ki, buna vaxt lazımdır. Həmən şəxs bu vaxtı real həyatından kəsməyə başlayır. Bu isə narkotik bir efekti var yəni insan nə qədər çox virtual aləmdə vaxt keçirirsə, özünü realizə edirsə o, daha çox orada olmaq istəyir. Bu problemdən çıxış yolu isə sağlam, tam aktiv həyat tərzi keçirməklə mümkündür. İnsan unutmamalıdır ki, şəxsi həyatı, dostları, ailəsi, əyləncəsi var və o bunlara vaxt ayırmalıdır. Virtual aləmi bir böyük piroq kimi təsəvvür etsək insan anlamalıdır ki, orada o kişi bir parça olmalıdır. Əgər bu parça böyüyürsə demək bu vertuallıq onun real həyatını yeyir. Bununlada insan real ünsüyyətdən kənar qalaraq əlaqələrin soyumasına gətirib çıxarır və asosial olur.  Biz anlamalıyıq ki, virtual aləm insan üçün yaradılıb və biz onu idarə etməliyik o bizi yox. Biz özümüz ancaq bunu idarə etməliyik bunun çıxış yolu ancaq budur.

 

 

Orxan Muxtarlı