Təranə Məmmədova: Uğura gedən yol əziyyət və zəhmətdən başlayır...(Müsahibə - Belediyye.info)

Məqalələr

Təranə Məmmədova: Uğura gedən yol əziyyət və zəhmətdən başlayır...(Müsahibə - Belediyye.info)

19.09.2018

148

Allahı sevən, dövlətinə bağlı olan xanım

Həmsöhbətim Allahı çox sevir və ona sidq ürəklə inanır. Ailəsinə, dövlətinə, xalqına və yaratdığı mərkəzə çox bağlıdır. Özünü onlarsız təsəvvür edə bilmir. Beş il əvvəl üçotaqlı mənzildə fəaliyyətə başlayan həmsöhbətimin yaratdığı mərkəzin bu gün beş rayonda ümumillikdə on filialı var və kollektivində 300 nəfərə yaxın işçi çalışır. Onunla çalışanların hər birini özünə ən yaxın adam hesab edir.

Rəhbərlik etdiyi mərkəzdə görüşəsi olduq. Xeyli müddət idi ki, sosial mediadan fəaliyyətini izləyirdim. Tanınmış elm xadimi, professor olan atası hələ uzaq səksəninci illərin əvvələrində oxuduğum institutda bizə dərs demişdi. Hörmətli professor o illərdə bizim üçün uzaq, əlçatmaz ölkədən yenicə qayıtmışdı. “Altı il Dəclə və Fərat sahillərində” kitabı tələbələr arasında əl-əl gəzirdi. İnstituta gələn kimi isə kafedra müdiri və partkom seçilmişdi. 27 avqustda növbəti ad gününü, 81 yaşını tamam edəcək professorun bu gündə tükənməyən müsbət aurası vardır.

Müsahibimlə söhbəti çalışdığı sahədən, müxtəlif xarakterli insanlardan, Vətən sevgisindən başlayıb ağrılı-acılı Qarabağımızla yekunlaşdırdıq. Bir saat ərzində mövzumuzun əsas qayəsi isə Azərbaycan oldu. O Azərbaycandan ki, dünyaya bəxş etdiyi şəxsiyyətlərdən ikisi məhz bu nəslin nümayəndəsidir. Amma hələki, iki nəfər...

Otağına daxil olarkən masanın üstündə dağınıq halda olan əlyazmalar diqqətimdən yayınmadı. Həmsöhbətim müsahibə üçün hazırlaşmışdı. Nə demək lazım olduğunu bir daha götür-qoy etmişdi. Söhbətimiz elə alındı ki, nə əlyazmaya, nədəki hər hansı yazılan sualların səsləndirilməsinə   ehtiyac qalmadı.

Həmsöhbətim isə "Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və "Psixoloji Xidmət və Tədqiqatlar” İctimai Birliyinin rəhbəri,   psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədovadır.

Söhbətə başlayıram, ilk sualim isə belə olur:

-Təranə Məmmədova kimdir, alim, siyasətçi, psixoloq, sahibkar və ya...

-Təranə Məmmədova ilk olaraq müstəqil Azərbaycan dövlətinin vətəndaşıdır. Hər bir vətəndaş isə harada yaşamasından və işləməsindən asılı olmayaraq vətəninə xidmət etməlidir. İkincisi Təranə Məmmədova Qəzənfər Paşayevin qızıdır, həyat yoldaşıdır, üç uşaq anasıdır, böyük bir kollektivin rəhbəridir. Sonra alim, siyasətçi, psixoloq, sahibkar gəlir.

-Bəs “Loqos”u hansı səbəbdən yaratdınız? İdeyanın müəllifi kimdir?

-Məktəbi rus dilində oxusamda, bu gün həm də səlist şəkildə ingilis dilində danışıram, ünsiyyətdə oluram, özümdə psixoloqam, həm də anayam. Mənimdə övladım var. Onun da nitqiylə bağlı problemləri olub. Və mən loqoped axtarışında olmuşam. Təəssüf ki, bir çox hallarda qeyri-peşəkarlarla qarşılaşmışam.

Bilavasitə özüm əziyyət çəkmişəm. Və mənim kimi onlarca və yüzlərcə valideynin nə əzab-əziyyət çəkdiyinin şahidi olmuşam.

Biz bu işə qol qoyanda hiss etdik ki, bu sahədə həm nəzəri, həm də praktiki baxımdan ciddi boşluqlar var. Qərara gəldik ki, prosesi yalnız bir söz ətrafında “Loqos” ətrafında birləşdirə bilərik. Elə “Loqos” sözü latın dilində “söz” mənasını verir.

Vaxtıylə nitq qüsuru olan uşaqlara bir “r” hərfini doqquz aya öyrədirdilərsə bu gün biz bu prosesi 3-5 dərsə nail oluruq.   Bu gün nitq qüsuru olan uşağın valideyni heç bir əziyyət çəkmədən güvəndiyi bir mərkəzə gələrək, bütün problemlərin zamanında həllinə nail ola bilir. Bu gun “Loqos”un ən böyük uğuru isə peşəkarlarla əl-ələ verib işləməsindədir. Beş il əvvəl üç nəfərlə işə başlayan “Loqos”da bu gün 300 nəfər çalışır.

İdeyanın müəllifi özüməm. İşə başlayanda güman etməzdim ki, açığı, beş il ərzində   bu qədər uğura imza ata bilərik. Uğurun kökündə məhz kollektivin işə bir tərəfdən məsuliyyətlə yanaşması dayanırsa, digər tərəfdən peşəkarlıq, daim üzərilərində çalışması dayanır.

-Bu gün özünüzü heç “Loqos”dan kənar təsəvvür edirsinizmi?

-“Loqos”dan kənar özümü təsüvvür edə bilmirəm, çünki bu gün fəaliyyətimizi dayandırmağımız yüzlərə, bəlkədə minlərcə nitq qüsuru olan uşaqları sanki quyunun dibinə atmış olarıq. Görünən odur ki, biz keyfiyyətli peşəkar xidmət göstəririk, görünməyən tərəf isə odur ki, biz çoxsaylı insan kateqoriyasına təmənnasız xidmət göstəririk. Şəhid ailələri, aztəminatlı ailələr pulsuz xidmətdən yararlananlar siyahısındadır. Özü də daimi olaraq.

-Bilirəm ki, hazırda “Loqos”un geniş şəbəkəsini yaratmağa nail olmusunuz. Şahidəm ki, Xaçmaz şəhərində da filialınız fəaliyyətdədir. Sözsüz ki, təkbaşına bu qədər işi həyata keçirmək mümkün deyil. Bu işlərdə Sizə maliyyə və mənəvi dəstəyi kim göstərir?

-Birinci deməliyəm ki, bizim bu ideya ailəmizə məxsus üçotaqlı mənzildə formalaşdırmışıq. Həyat yoldaşıma bu təklif edəndəki belə ideyam var, onu gerçəkləşdirmək istəyirəm, açığı mənə inanmadı. Düşündü ki, alınan məsələ deyil. Düzdür, bütün bunlara baxmayaraq, fəaliyyətimiz üçün ilk həm mənəvi, həmdə maliyyə dəstəyini göstərmiş oldu. Sonra isə Allah üzümüzə sanki qapı açımış oldu, hər zaman başımın üstündə Allahımı görürəm. Bütün bunlarla yanaşı kollektivin hər bir üzvünə öz yaxınım kimi münasibət bəsləyirəm. Onların üzrlərində, xeyir işlərində çalışıram ki, öndə gedim həm mənəvi, həmdə maddi dəstəyimi göstərim. Axı biz hamımız bu Vətənin övladlarıyıq, Vətənimizin inkişafına da öz köməyimizi əsirgəməliməliyik. Bir yurmuq kimi bir olmağı istənilən kollektivdə təbliğ etməliyik. Çünki, həmrəylik olan yerdə gözəl iş nümunəsi var.

Bu arada qeyd edim ki, həmsöhbətimə növbəti sualım maraqlı gəlmişdi.

-Belə təsəvvür edək ki, səhər yuxudan ayılmısınız, telefonunuzda sosial mediada oxuyursunuz ki, bəs “Loqos”un fəaliyyəti dayandırılıb. İlk olaraq hansı addım atardınız?

-Birinicisi mən həmişə dövlətimin dəstəyini hiss etmişəm və daim hiss edirəm. Açığı heç belə fikir heç vaxt ağlıma gəlməyib. İraq olsun, belə buna oxşar nə isə olsa birinci günahı özümdə axtarardım. Axı mən nə etmişəm, hansı səhvə yol vermişəm. Odur ki, mərkəzə gəlib, götürqoy edib, atdığım hər bir addımı təhlil edib qərar verərdim.

-Bu qədər ictimai işlərə vaxt sərf edirsiniz, nəticə etibariylə ictimai yükü daşıyan bir xanım kimi sabah millətin də yükünü daşımağa hazırsınızmı?

-Mən bu gün dediyiniz bu yükü daşımağa hazır olmasaydım mərkəzin filialların sayını artırmazdım. Hazır olmadığım addımı heç vaxt atmıram. Amma onu da deyim ki, mənim bu gün bizim dövlətimizə, bu Vətənə məhz Təranə Məmmədova olmağıma görə bir borcum var. Odur ki, hara məsləhət olarsa, nəyi məsləhət görərlərsə və layiq bilsələr canla başla Vətənimə, dövlətimə xidmət etməyə hazıram. Ancaq onu da deyim ki, mənim heç bir iddiam yoxdur. Əsas odur ki, dövlətimə vətənimə layiqli xidmət edim.

-Bir baxımlı xanım olaraq ev işlərinə, övladlarınıza vaxt ayıra bilirsinizmi?

-Saat 9-dan axşam 6-dək mənim iş qrafikimdir. Səhər doqquzadək bütün işlərimi görməklə övladlarımı məktəbə hazırlığını həyata keçirirəm, mütləq şəkildə.Və bu proses eynən axşam saatlarında da davam etdirirəm. Hər bir ana övladının tərbiyəsiyə şəxsən özü məşğul olmaldır. Övladıynan dost olan ananın işləri də nizamlı gedir desəm yəqin ki, səhv etmərəm.

Cəmiyyətimiz inkişaf getdikcə, valideynlərdə övladlarına münasibətdə dəyişkiliklər etməli, fikirlərinə yenidən baxmalı, müəyyən düzəlişlər də etməlidirlər. Mən də bir xanım olaraq, bir ana olaraq çalışıram ki, bu tələblərə riayət edim.

Təsəvvür edin ki, yalnız sonbeşik övladım məktəbə gedəndən sonra mən sərbəst işə başladım. O vaxtacan mən vaxtımı yalnız övladlarımla keçirirdim.

Bununla bərabər bu gün ev üçün lazım olan bütün işlərdə mənim üzərimdədir, bütün işlərə öz töhvəmi verirəm. Övladların cəmiyyətə inteqarsiyasında əsas yük ananın üzərinə düşür. Məndə buna çalışıram ki əməl edim.

-Həyatda ən böyük arzunuz nədir?

-Ən böyük arzum başladığım işə Allahın daim kögəsi salmasını arzulamaqdır. Bu günədək bu kölgəni hiss etmişəm. Bu gün 300 nəfərlik kollektivlə daha böyük uğurlara imza atmaq üçün ilk növbədə Allahımın dəstəyinə ehtiyac vardır. Arzum odur ki, “Loqos”un bir filialını Şuşa və Ağdamda açaq. Bununla bağlı layihə şəklində də olsa fikirlərimiz var.

Daim dövlətimizin dəstəyini hiss etdiyimizdən, bizdə bunun qarşılığında çalışırıq ki, bizə müraciət edənləri ürək açıqlığı ilə qarşılayıb, yola salaq.

Azularımdan ən önəmlisindən bir isə Allahın izniylə 300 nəfərlik kollektivimizlə Azərbaycanın bundan sonrakı inkışafına öz töhvəmizi daha layiqli şəkildə verə bilək...

Belə hiss etdim ki, soyadını də dəyişməklə Təranə Məmmədova həyatda yalnız öz yolu ilə getmək niyyətindədir və cəmiyyətdə layiqli sözünü deməyə çalışır. Nəslinin seçilənlərini təkrarlamaq fikrində olmayan, bu nüfuzdan istifadə etməyən Təranə xanım fəaliyyətiylə xalqına daha böyük şərəf gətirmək istəyir.Bizə isə bu yolda Təranə Məmmədovaya yalnız uğurlar arzulamaq qalır.