Psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədovanın doğum günüdür

Məqalələr

Psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədovanın doğum günüdür

13.07.2018

201

 

Bakı, 13 iyul, SalamNewsBu gün "Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi, Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Məmmədovanın doğum günüdür.

SalamNews-un məlumatına görə, Təranə Qəzənfər qızı Məmmədova 1981-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1998-2002 –ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakultəsində bakalavr təhsili alıb. 2002-2004-cü illərdə həmin universitetdə magister təhsilini tamamlamışdır. 

2014-cü ildə M.E. Jukov adına Xarkov Milli Aerokosmik Universitenin Psixologiya fakultəsini bitirib. Hal hazırda V.M. Bexterev adına Sankt-Peterburq Klinik Psixologiya və Psixoterapiya İnstitutuda Klinik psixologiya üzrə təhsil alır

2014-cü ildə “Azərbaycan Bayrağı Diplomuna” layiq görülüb.2016-2017-ci il Uluslararası Ankara Sanat Festivali-Türk kültürü, sanatı və eğitim çerçevesinde iştirakına görə “Hizmet Şeref Ödülü”-nə layiq görülüb.30 İyun 2017-ci ildə M.E. Jukov adına Xarkov Milli Aerokosmik Universitenin psixologiya ürzə bakalavr dərəcəsi diplomunu alıb

Ege Orman Fakvı-dan “Doğa Dostu” Sertifikatı alıb

2017-ci il Fundamental Təhsil Beynəlxalq Universiteti Sankt-Peterburq şəhəri - “Loqos” psixoloji mərkəzin nümunəsində Azərbaycan xalqının milli ailə ənənələri sahəsinə uyğun olaraq ailə psixoloji məsləhətləşmənin innovativ metodologiyası mövzusunda dissertasiya işi

2017-ci ildə Hökumətlərarası Ali Elmi Şura tərəfindən “Səhiyyə sahəsində görsətdiyi uzun illik əməyə görə” V.M. Bexterev adına medalla təltif edilib.