ELAN
13 sen 2018, 01:56
Tərəfdaş mütəxəssislər
Saytımızın yeni dizaynı necədir?

LOQOS JURNALI

Uğursuzluğun müəllifi kimdir?

27 dek 2018, 23:42   
    167
Uğursuzluğun müəllifi kimdir?Sorğunu “Loqos”un Gənclik filialının əməkdaşı, klinik psixoloq Şahin Əliyev cavablandırır:
Silsilə uğursuzluqlardan sonra, adətən batil inanclara meyl edirik. Təbii ki, bu sosial-iqtisadi vəziyyət, təlim səviyyəsi və dünyagörüşü səbəbindən dəyişə bilər. Amma nədənsə, insan bir uğursuzluğa düçar olanda bunun günahını özündə axtarmaq əvəzinə, nəyəsə inanmağa məntiqsiz səbəblər tapır. Axı bizim əlimizdə güclü silah var – məntiq! Bu cür hallarda mövcud situasiyanı məntiqi əsasa dayanaraq təhlil etməyə çalışsaq, daha nikbin ola bilərik. Bizim günlərdə əksər insanlarda bir boşluq, motivasiya azlığı, işə başlamaq həvəsinin olmaması müşahidə edilir. Xeyr, bu qətiyyən mövsümi depressiya deyil. Bu, elə özümüzü günbəgün inkişafda olan dünya ilə müqayisə edib, hardasa, kimlərə, nələrə isə çata bilməməyimizlə bağlı yaşadığımız haldır. Nə etməli? İlk olaraq daxili nitqimizlə, sonra isə səsli olaraq bacarıqlarımızı öz özümüzə söyləməliyik.
Hər işdə mənfiləri görmək, dilə gətirmək əvəzinə, az da olsa müsbətləri görməyə, pozitivə söykənməyə, sevməyə cəhd göstərməliyik. Amma qətiyyən özümüzü yaxşı imiş kimi göstərməməliyik. Bu, daha böyük bir boşluğa aparan yanlış yoldur ki, insanların əksəriyyəti belə yola əl atır, rola girməklə özünü yaxşı kimi göstərir.
Gəlin, özümüzə bir sistem yaradaq, cədvəl tutaq, atdığımız hər addımın nəticəsini qeyd edib dəyərləndirək. Məsələn, qarşımıza kiçik də olsa aydın məqsədlər qoy- maqla başlaya bilərik.
Əminliklə deyirəm, sadə məqsədlər sizi mütləq böyük hədəflərə aparacaq.
Heç zaman heç nə gec deyil!
Gəlin, elə bu gündən başlayaq! Şahin Əliyev, klinik psixoloq